Ronaldu: "Neymar Mourinyonun yanına getməkdənsə, “Barsa”da qalsın”

Ronaldu: "Neymar Mourinyonun yanına getməkdənsə, “Barsa”da qalsın”
12:47 30 Mart 2017
218 İdman
Ölkə mətbuatı
A- A+

"Real"ın ulduz futbolçusu Kriştianu Ronaldu "Barselona"nın hücumçusu Neymara məsləhət verib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, portuqaliyalı forvard həmkarının İngiltərəyə köçməsinin yanlış seçim olacağını düşünür.

O bildirib ki, Neymar hazırkı komandasında qalarsa, daha çox titul qazana bilər: "Onun üçün "Barselona"da pik səviyyəyə çatmaq Joze Mourinyo ilə çalışaraq çatmaqdan asan olar. Məncə, Neymar hazırkı klubunda bir az da səbr etməlidi. Messinin yaşı artdıqca təsir gücü də azalacaq. O zaman Neymar bu komandanın liderinə çevriləcək".
 
Qeyd edək ki, Neymar "Mançester Yunayted" və "Çelsi"nin maraq dairəsindədi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/530479.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR