"İnter" "Qəbələ"yə, "Neftçi" "Qarabağ"a qarşı - YENİLƏNİR

"İnter" "Qəbələ"yə, "Neftçi" "Qarabağ"a qarşı  - YENİLƏNİR
12:57 30 Mart 2017
99 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində iki oyun keçiriləcək. Fanat.Az xəbər verir ki, hər iki görüş paytaxtda baş tutacaq.



Günün birinci dueli “İnter Arena”da reallaşacaq. “Ağ-göylər” çempionluğa iddialı “Qəbələ”ylə matçdan üzüağ çıxmağa çalışacaq. Paytaxta bir neçə itki ilə gələn bölgə təmsilçisinin evə sərfəli nəticəylə dönməyi hədəfləyəcəyi dəqiqdi. Qonaqların çalışdırıcısı Roman Qriqorçukun Gürcüstan və Estoniya millilərinin heyətində yoxlama oyunlarında “enerji xərcləyən” futbolçulara – uyğun olaraq Nika Kvekveskiri və Sergey Zenyova istirahət vermək məcburiyyətində qaldığını da unutmayaq. Bir yandan da həftəsonu “Zirə” ilə oynanılacaq çempionat matçı nəzərə alınmalıdı.

 

İkinci oyunda son iki mövsümdə kubokun finalında münasibətlərinə aydınlıq gətirmiş komandalar üz-üzə gələcək. Cari “futbol ili”ni titulla bitirmək sevdasından əl çəkməyən “ağ-qaralar”ın finala gedən yolu belə desək, “Qarabağ”ın üzərindən keçir. Şübhəsiz, avrokuboklara vəsiqə uğrunda döyüşən “Neftçi” olduqca çətin sınaq qarşısındadı.“Qarabağ”da Ansi Aqolli və İbrahim Şehiç, “Neftçi”də isə Georgi Navalovski öz ölkəsinin millisindən qayıdıb. Məntiqlə, Bosniya və Hersoqovina yığmasında oynamayan İbrahimin “çərçivə”ni qoruması mümkündü. Sözügedən müdafiəçilərin oynamaması isə ümumi mənzərəyə ciddi təsir etməməlidi.

 

 

Azərbaycan kuboku

Yarımfinal, ilk oyunlar

30 mart


17:00. “İnter” – “Qəbələ”
Hakimlər: Elvin Əsgərov, Vaqif Musayev, Mehman Mahmudov, Ömər Paşayev
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim-inspektor: Əli Hüseynov
“İnter Arena”

19:30. “Neftçi” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Murad Məmmədov
8-ci km qəsəbə stadionu



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotnterquot-quotqblquoty-quotneftciquot-quotqarabaquota-qar-t57213.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR