İçib maşının yerini unudan şəxs polisə "Maşınımı qaçırıblar" dedi - Sumqayıtda

İçib maşının yerini unudan şəxs polisə "Maşınımı qaçırıblar" dedi - Sumqayıtda
13:12 30 Mart 2017
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Sumqayıtda sərxoş şəxs avtomobilinin oğurlanması barədə polisə yalan məlumat verib.

Milli.Az DİN-ə istinadən xəbər verir ki, martın 29-da Sumqayıt şəhər sakini Rövşən Əliyev 4-cü PB-yə müraciət edib martın 29-na keçən gecə ona məxsus "VAZ-2106" markalı avtomobilin qaçırılmasını bildirib.

Avtomobil həmin gün Ceyranbatan qəsəbəsi ərazisində tapılıb.

Araşdırmalar zamanı məlumat təsdiqini tapmayıb. Müəyyən edilib ki, R.Əliyev həmin gün sərxoş vəziyyətdə olduğundan avtomobili harada saxladığını unudub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/530506.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR