Direktor 30 yaşlı müəlliməni məktəbdən qovdu

Böyük Britaniyada 30 yaşlı məktəb müəlliməsi "Facebook"-da paylaşdığı şəkillərinə görə müvəqqəti olaraq dərslərdən kənarlaşdırılıb.

Metbuat.az xəbər verir ki, Lidiya Ferqüsonun paylaşdığı açıq-saçıq şəkilləri məktəb rəhbərliyi tərəfindən birmənalı qarşılanmayıb. Baş verənlər qeyri-etik hesab edildiyi üçün, Ferqüsonun dərslərdən müvəqqəti kənarlaşdırılmasına qərar verilib. Lakin şagirdləri sevimli müəllimələrinə qarşı qəbul edilən bu qərara etiraz ediblər. Onlar məktəb direktoruna yazılı müraciət edərək, Lidiya Ferqüsonun işinə bərpa edilməsini tələb ediblər.

Şagirdlər müəllimələrinin istənilən çətinlikdə onlara kömək etdiyini söyləyiblər.

Xəyalə Xatun / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR