Öldürdüyü həyat yoldaşını gizlicə dinləyirmiş - "Demədimmi başımı yerə soxma" - FOTO

Öldürdüyü həyat yoldaşını gizlicə dinləyirmiş - "Demədimmi başımı yerə soxma" - FOTO
13:32 30 Mart 2017
183 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Bursa şəhərində boşanma iddiası açdıqdan sonra 16 illik həyat yoldaşını 15 bıçaq zərbəsi ilə öldürən Tahsin Taner Açıkgöz haqqındakı prokurorluq istintaqı başa çatıb.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, hazırlanan iddianamədə Tahsin Taner Açıkgözün oğlu vasitəsiylə evə gizlicə dinləmə cihazı yerləşdirib haqqında toxunulmazlıq qərarı çıxarılan Fatma Açıkgözü dinlədiyi deyilir. 

Həyat yoldaşını öldürməmişdən öncə Tahsin Taner Açıkgözün Fatmaya "Mən sənə demədimmi ki, mənimlə oğlumun başını "yerə soxma?". Dəyərdimi bir Allahsıza görə bizi parçalamağa?" ifadələrini işlətdiyi dinləmə cihazına qeyd edilib.

Qeyd edək ki, 35 yaşlı Fatma Açıkgöz 3 uşaq anasıydı.

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/530510.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR