Bakıya gələ bilməyən futbolçu yenidən zədələndi

Bakıya gələ bilməyən futbolçu yenidən zədələndi
13:32 30 Mart 2017
82 İdman
Ölkə mətbuatı
A- A+

Almaniya yığmasının və "Bavariya"nın qapıçısı Manuel Noyer növbəti dəfə zədələnib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 31 yaşlı qolkiper bu səbəbdən Münhen klubunun dünən axşamkı məşqini yarımçıq tərk edib.  

Hazırlıq prosesi zamanı xəsarət alan Noyer məşqi davam etdirə bilməyib. Həkimlərin yardımına ehtiyac duyan qolkiperin zədəsi ilə bağlı hələ ki, konkret məlumat verilməyib.
 
Noyer bir müddət öncə əzələsindən zədə aldığı üçün Almaniya yığmasının heyətindən kənarlaşdırılmış, Bakıya gətirilməmişdi. Onun əvəzinə Kevin Trapp millinin düşərgəsinə dəvət olunmuşdu.
 
Qeyd edək ki, "Bavariya"nı Çempionlar Liqasının ¼ final mərhələsi çərçivəsində aprelin 12-də Madrid "Real"ı ilə ilk oyun gözləyir. Noyerin bu görüşdə iştirak edib-etməyəcəyi hələ müəyyənləşməyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/530500.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR