Qədim adət: "Yaxşı kişinin qarnı olar" - FOTO

Qədim adət: "Yaxşı kişinin qarnı olar" - FOTO
13:42 30 Mart 2017
151 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bu qəbilənin adətlərinə görə, daha tosqun, yekəqarın, cüssəli kişisi olan uğurlu, nüfuzlu və güclü sayılır.

Bodi qəbiləsinin əsrlərdən bəri gələn adəti, ənənəsi belədir.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Efiopiyada yaşayan bodilərin adətlərinə görə, hər il onlar bayram keçirir və bu bayramda hansı tayfada kişilərin daha yekəqarın, cüssəli, böyük olduğunu müəyyənləşdirməyə çalışırlar.

Bayrama hazırlıq yarım il əvvəl başlanır.

"Yaxşı kişinin qarnı olar" kimi tərcümə edilə biləcək çağırışdan sonra tayfa seçdiyi gənc kişini kökəltməyə başlayır.

Xüsusi ayrılmış komaya aparılan kişiyə 6 ay ərzində süd və inək qanının qarışığı verilir. Sonucda həmin kişinin qarnı şişir, böyüyür.

Bayram olanda isə xüsusi ayin daşı ilə inək başından vurularaq öldürülür.

Məşhur fotoqraf Erik Lafforj bodilərin bu bayramını əks etdirən fotosessiya hazırlayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/530417.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR