Dəhşətli virus yayılıb - 269 can aldı

Dəhşətli virus yayılıb - 269 can aldı
13:43 30 Mart 2017
106 Dünya
Ölkə mətbuatı
A- A+

Nigeriyada yayılan menengit xəstəliyi çox sayda insanın ölümünə səbəb olub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, xəstəxanadan verilən məlumata görə, 269 nəfər bu virusdan dünyasını dəyişib.

Mərkəzdən bildiriblər ki, Nigeriyanın 15 ştatında son bir neçə həftədə menengit xəstəliyinə 1828 nəfər yoluxub və bunlardan 269-u həyatını itirib.

Menengit virusu ölkədə 2015-ci ildə 131 nəfərin, 2016-cı ildə isə 33 nəfərin ölümünə səbəb olub.

Beyindən başlayaraq bütün orqanizmə yayılan xəstəlik, hava yolu ilə yoluxaraq müxtəlif əlilliklərə və ölümə yol açır.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/193097.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR