Azərbaycanlılar xaricdə kütləvi şəkildə daşınmaz əmlak alır - ARAŞDIRMA

Azərbaycanlılar xaricdə kütləvi şəkildə daşınmaz əmlak alır - ARAŞDIRMA
15:09 30 Mart 2017
141 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan vətəndaşları son vaxtlar xüsusilə Bolqarıstanda daşınmaz əmlaka böyük maraq göstərirlər. "APA-Economics" xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi mətbu orqanı olan "Mülkiyyət" qəzetinə yer alan məqalədə deyilir.

 

Bildirilir ki, indiyədək bir neçə yüz Azərbaycan vətəndaşı Bolqarıstanda müxtəlif növ daşınmaz əmlak əldə edib. Bolqarıstanın Azərbaycandakı səfirliyinin məsləhətçisi Stoyko Stoykov deyir ki, burada 30 min dollara dənizin kənarında yeni tikilən binalarda təmir olunmuş və yaşayışa tam hazır olan mənzil almaq olar: "Sizin vətəndaşlar əsasən dənizin kənarında, o qədər də böyük olmayan 50-100 kvadratmetrlik mənzillər alırlar. Onlar bu evlərdə ilin 2-3 ayı qalsalar da, qalan aylarda burada onların qohumları yaşayır".

Nəşrin məlumatın görə, Bolqarıstan Avropa Birliyinə daxil olmağa hazırlaşdığı üçün burdan əmlak alanlar bir neçə il sonra Avropaya sərbəst gəlib gedə biləcəklər. Həmçinin bu ölkə həm yeni bazar olduğuna, həm də dünyadakı maliyyə böhranının təsirinə görə, Bolqarıstanda daşınmaz əmlak indi çox ucuzdur.

 

TÜRKİYƏ LİDERLİYİNİ QORUYUR

 

Hazırda ölkə vətəndaşlarının ən çox maraq göstərdiyi ölkə Türkiyədir. Türkiyədə vətəndaşlarımızı əsasən turizm potensialı cəlb edir. Antalya, Kəmər, Bələk, Alanya və ümumilikdə Aralıq dənizinin ətrafı təxminən 30 min dollar dəyərində ev almaq üçün əlverişlidir. Xaricdəki evlərin qiymətinə müxtəlif amillər, hətta iqlim də təsir edir. Məsələn, Antalya ətrafında kurort mövsümünün Bodrumdan daha uzun çəkməsinə baxmayaraq Antalyada evlər daha ucuzdur. Çünki Bodrumun iqlimi nisbətən qurudur. Ürək-damar sistemində problem olanlar üçün Antalya sərfəli deyil. 25-30 min avroya Antalyada kurort zonasında hər cür şəraiti olan ikiotaqlı ev almaq olar. Bodrumda isə həmin kateqoriyalı evin minimal qiymətləri 40-50 min avrodan başlayır. 30 min dollara Birləşmiş Ərəb Əmirliyində də ev var. Dubayda mərkəzdən bir qədər kənarda 25-30 min dollara ev tapmaq olar. Ajman Əmirliyində bu qiymətə 1-2 otaqlı orta təmirli ev tapmaq mümkündür.

 

YENİ BAZARLAR DA DİQQƏTDƏN QAÇMAYIB

 

Amma azərbaycanlıların getdikcə daha çox hissəsi əmlak almaq üçün Avropaya üstünlük verir. Avropada ev almağa marağın səbəblərindən biri burada otellərin bahalığıdır. Buna görə də bəziləri hər gedişdə otelə pul xərcləməkdənsə orada ev almağı daha sərfəli hesab edir. Üstəlik, maliyyə böhranı nəticəsində Almaniya, Böyük Britaniya, Avstriyada evlərin qiyməti kəskin enib və ucuz qiymətlər indi də qalır. Nəticədə bir qədər qəribə görünsə də, 30 min dollarlıq evləri Avropanın inkişaf etmiş ölkələrində də tapmaq olar. Amma Almaniyada belə evlər əyalətlərdə olacaq. Avstriyada 30 min dollara 1 otaqlı orta təmirli ev almaq mümkündür(mərkəzdə ya əyalətdə). 2 otaqlı evlər isə 40 min avrodan başlayır. Çexiyada 2-3 hətta 4 otaqlı evi belə qiymətə almaq olar. Amma Praqanın özündə yox, kənarda. Avropadan daşınmaz əmlak alınmasına valyuta kursları da ciddi təsir edib. Avro ilə manatın məzənnəsinin təxminən eyni həddə olması azərbaycanlı alıcılar üçün yaxşı imkan yaradıb. Hazırda ev almaq üçün Almaniya sərfəlidir. Burada istənilən şəxs, hətta Berlinin özündə 12-14 min avro dəyərində ev ala bilər. Ən bahalı evlər isə Münhendədir – burda qiymətlər 40 min avrodan yuxarıdır. Lakin burada da evlərin qiyməti ərazidən asılı olaraq dəyişir. Fransa və İngiltərədə 30 min dollara ev tapmaq çətindir. Fransada qiymətlər düşsə də orada evlərin qiyməti yüksək olduğundan, hətta böhran dövründə də enmələr hiss edilmədi. London isə ümumiyyətlə son illər Avropanın ən bahalı şəhərləri sırasında reputasiyasını təsdiq edir. Xüsusilə Hempsted kimi sakit rayonlarda qiymətlər 140 min avrodan başlayır.

Ən bahalı evlər kateqoriyasında isə Fransa liderdir. Parisin elit məhəlləsi sayılan 16-cı kvartalında bütün şəhərə mənzərəsi açılan 3 otaqlı ev 16 mln. avroyadır.

 

NAĞD ALA BİLMƏYƏNLƏR ÜÇÜN BAŞQA VARİANTLAR
 

Avropada ipoteka ilə ev satışı da geniş yayılıb. Burda evlərin 60-70%-i ipoteka ilə satılır. Lakin burada da müəyyən şərtlər var. İpoteka krediti verəndə müştərinin yaş həddi, iş qabiliyyəti və digər məsələlər nəzərə alınır. Azərbaycan vətəndaşları da istənilən Avropa ölkəsində ipoteka krediti ilə ev ala bilər. Burada ipoteka kreditləri 3-4%-lə 25-30 ilə verilir. Məsələn 100 min avro dəyərində bir obyekt seçirsə əvvəlcə həmin obyektin 30 minini ödəyir. Qalan məbləği isə ipoteka krediti ilə 25-30 ilə verir. İpoteka kreditləri 3-4%-dən çox olmadığından vətəndaş ayda 350 avro ödəyir. Bu məbləğ Avropa ölkələrindəki əməkhaqqının cüzi hissəsini təşkil edir. Ümumiyyətlə xaricdə tikinti şirkətləri də müştəriləri cəlb eləmək üçün güzəştli ödəmə sxemlərinə əl atırlar. 2 il əvvəl Türkiyənin tikinti şirkətlərindən biri inşa etdiyi yaşayış kompleksini məşhurlaşdırmaq üçün müştərilərə maraqlı güzəşt təklif edib - evin dəyərinin 10%-ni əvvəlcədən ödəyən müştərinin mülkiyyət hüququ təsdiqlənir. Qalan məbləğ isə yaşayış dövründə tədricən ödənilir. Məsələn 50 min avroluq evi almaq üçün əvvəlcə 5 min avro ödəmək kifayətdir. Bu güzəştlər təsirini dərhal göstərib - evlərin 40%-i 2 aya satılıb.

 

İstənilən şəxs Avropa ölkələrində ev almaq hüququna malikdir. Lakin bu daşınmaz əmlakın bütün növlərinə aid deyil - Avropa ölkələrinin bəzilərində, məsələn, Bolqarıstan və Slovakiyada torpaq almağa qadağa var.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270933

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR