“Heydər Əliyev irsi və İslam həmrəyliyi”

Ümummilli Lider Heydər Əliyevin 94 illiyi münasibətilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini icmalar arasında “Heydər Əliyev irsi və İslam həmrəyliyi” mövzusunda elan etdiyi məqalə müsabiqəsinə təqdim olunmaq üçün “Heydər Əliyev irsi və İslam həmrəyliyi” mövzusunda məqalə:

Azərbaycan tarixi bir çox şəxsiyyətlər və dahilər yetişdirmişdir. Bu tarixi şəxsiyyətlər və dahilər sırasında Azərbaycan xalqının böyük oğlu, ümummilli lideri və xilaskarı Heydər Əliyevin xüsusi yeri var.

Heydər Əliyev nadir dövlətçilik təcrübəsi və fitri istedadı, iti zəkası hesabına müasir Azərbaycanı yaradan, onu gələcəyə aparacaq strateji istiqamətləri dəqiq müəyyənləşdirən bir şəxsiyyətidir. Dövrümüzün dahi şəxsiyyəti, dünya azərbaycanlılarının ümummilli lideri Heydər Əlirza oğlu Əliyev öz ömrünü Azərbaycan xalqının xoşbəxtliyinə və dövlətimizin tərəqqisinə həsr etmişdir. Fenomenal zəkaya malik əzəmətli şəxsiyyət olan Heydər Əliyev yenilməz vətən pərvərliyi, ölkəmizin çiçəklənməsi naminə mübarizliyi, milli mənəvi dəyərlərimizə sonsuz məhəbbəti onu xalqın idealına, müstəqil Azərbaycanımızın Ümummilli liderinə çevirmişdir.

Milli iftixarımız, xalqımızın böyük oğlu Ümummilli lider Heydər Əliyev dövrümüzün siyasət nəhənglərindən biri kimi müasir dünya tarixində əbədiyaşarlıq haqqı qazanmışdır. Biz Azərbaycanlılar üçün o müasir Azərbaycan dövlətinin qurucusu, xalqın ən böyük təəssübkeşi və öndəridir.

H. Əliyev öz xalqını çox sevirdi. Azərbaycan dilini sevirdi, uşaqları sevirdi. H.Əliyev Azərbaycan mədəniyyətini, adət-ənənələrini, azərbaycançılığı, Azərbaycanın gözəl güşələrini, torpağını, bütov Azərbaycanı sevirdi. Çünki O, Azərbaycanın vətənpərvər oğlu idi. Azərbaycan xalqının ən çətin məqamlarında xilaskarı idi. Təsadüfi deyil ki, çıxışlarında dəfələrlə qeyd etmişdir ki, “mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim vətənimdir, mənim torpağımdır.”

Azərbaycan çoxmillətli bir respublikadır. Heydər Əliyev istər sovet dövründə, istərsə də müstəqillik illərində dövlətə rəhbərliyi, ölkənin siyasi, sosial-iqtisadi, mədəni inkişafı sahəsində göstərdiyi misilsiz xidmətlər xalqımızın milli mənlik hissinin yüksəldilməsində, milli özünüdərkin qərar tutmasında, Azərbaycançılığın inkişaf etdirilməsində rolu və əhəmiyyəti əvəzedilməzdir.

Yenidən hakimiyyətə qayıdan H. Əliyev Azərbaycanda milli birliyə, sabitliyə, əmin-amanlığa – yəni Azərbaycançılığa nail oldu.

“Azərbaycan – onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir”—deyən möhtərəm H.Əliyev milli-mənəvi dəyərlərimizin qorunması, Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsi haqqında xüsusi fərman imzalamış, qanun qəbul etmişdir.

Heydər Əliyev 31 dekabrı “Dünya Azərbaycanlılarının Həmrəylik günü” elan edərək onların vətənçilik ideologiyasında birləşməsinə nail oldu. Heydər Əliyev “hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı, Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq və mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”—fikirləri hər bir azərbaycanlını düşündürməli, hər bir azərbaycanlının əsas qayəsin təşkil etməlidir.

Ümummilli lider H.Əliyevin işləyib hazırladığı Azərbaycançılıq konsepsiyasına əsaslanan milli ideologiyamızda ümumbəşəri dəyərlərə o, cümlədən İslam dininə xüsusi hörmətlə yanaşıb. “Biz müstəqillik əldə etdikdən sonra İslam dinini özümüzə qaytardıq” - deyən Ulu Öndər fikrini daha da genişləndirərək əlavə edirdi ki, Qurani-Şərifdə böyük əxlaqi normalar əks olunub, onlardan səmərəli istifadə etmək hər bir müsəlmanın qarşısında ümdə vəzifə kimi durur. Ümumbəşəri dəyərlərdən danışan Ulu Öndərimiz qeyd etmişdirki, bizim ali qanunvericilik kitabımızda müstəqil dövlətimizin Konstitusiyasında ümumbəşəri dəyərlər tamamilə öz əksini tapmışdır.

İslam dininə heç vaxt xoş münasibət bəsləməyən Sovet höküməti məscidləri və ibadətgahları dağıdıb anbara çevirmişdilər. H.Əliyev bu məscidləri kitabxana adıyla bərpa etdi və sonralar dindarların ixtiyarına verdi. Müstəqillikillərində bu xeyir xahişini davam etdirdi. Bunu yalnız xalqın mənəvi atası, millətini qəlbən sevən müdrik bir şəxsiyyət edə bilərdi. Bu məscidlərimizdə dinimizi, imanımızı bizə qaytaran, onu məkrli niyyətlərdən qoruyan H.Əliyev cənablarının ruhuna dualar oxunur. H.Əliyev hakimiyyətiillərində Azərbaycanda heç vaxt nədini, nə də milli zəmində münaqişə olmayıb. Bu düzgün siyasətin nəticəsi idi.

Təəssüflər olsun ki, o, Moskvada vəzifədən çıxdıqdan sonra Azərbaycana qarşı törədilən fitnəkarlıqlardan biri də millətlərarası münaqişənin alovlanması idi. Azərbaycanın məhv olmaq təhlükəsi yarandı. Məscidlər ancaq şəhidlərin dəfni ilə məşğul idi. Anaların fəryadı göyə qalxmışdı. Allah-Təala belə ağır və dəhşətli vaxtda Heydər Əliyevi xalqın imdadına çatdırdı.Onun xilaskar fəaliyyəti iləxalqımız da, dinimiz, imanımız da xilasoldu. Xalqımızın təkidi ilə 1993-cü ildə H.Əliyev hakimiyyətə qayıtdı. Bu qayıdışla Respublikamızda sabitlik, əmin-amanlıq bərpa olundu. Dünya şöhrətli siyasətçi Azərbaycanı bütün dünya dövlətlərinə tanıtdı. Cəbhə bölgələrində uzun müddətli atəşkəsə nail olundu.

Ümummilli liderimiz H.Əliyev İslam dininə, islam dəyərlərinin qorunub saxlanmasına hörmətlə, inamla yanaşmışdır. Onun təşəbbüsü ilə məşhur Bibiheybət məscidi yenidən tikildi. 1999-cu ilin mart ayında Qurban bayramı günü həmin məscidin “Heydər” minarəsindən azan verildi. Bu onun İslam dininə olan inamının, etiqadının, sonsuz məhəbbətinin nəticəsi idi. Allaha böyük məhəbbətin nəticəsi olaraq Heydər Əliyev müqəddəs Kəbənin ziyarətinə getmişdir. H.Əliyev cənabları hər il Qurban bayramında Qafqaz Müsəlmanları İdarəsində, Təzə-Pir məscidində, yığıncaqlarda iştirak etmiş, xalqı təbrik etmişdir.

Son illər İslamın inkişafından narahat ola Qərb dünyası bu inkişafa mane olmaq naminə hər üsula əl atmışdır. Öz məqsədinə nail olmaq üçün Qərbin əlində ən əlverişli vasitə İslam məzhəbləri arasında ayrı-seçkilik salmaq və vəhdəti pozmaqdır.

Azərbaycan tolerant dövlətdir. Respublikamızda hörmətli Prezidentimiz İlham Əliyev cənablarının, Qafqaz Müsəlmanları İdarəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə fəaliyyəti sayəsində məzhəblərarası münaqişələr, təfriqələr və ixtilaflar baş verməmişdir.

Azərbaycanda bütün dinlərin və millətlərin nümayəndələri mehriban, sərbəst yaşayıb fəaliyyət göstərirlər. Ölkəmizdə multikulturalizm ənənələri dərin köklərə malikdir. Multikultural dəyərlərin tətbiqi və inkişafında “Heydər məscid kompleksinin” rolu böyükdür. Məscid yalnız dini deyil, həm də ictimai-mədəni mərkəz kimi əhəmiyyət kəsbedir. Ölkəmizdə tolerantlıq mühitini, daha da genişləndirmək üçün müxtəlif kurslar, kitab sərgilərinin keçirilməsi, bölgələrimizdə din xadimləri ilə görüşlərin təşkil olunması həyata keçirilir.

Hörmətli prezidentimiz İlham Əliyev cənabları İslam dininə, qanunlarına hörmətlə yanaşaraq, ölkədə tolerantlığı, multikulturalizmi inkişaf etdirmək məqsədi ilə 2017-ci ili “İslam Həmrəliyili” elan etmişdir. Bütün İslam Dünyasının müsəlmanlarını bir araya gətirmək, onlar arasında sülh, birlik, vəhdət, əmin-amanlıq, həmrəylik yaratmaq üçün may ayında Bakı şəhərində Dünya İslam Ölkələrinin Həmrəylik İdman oyunları keçiriləcəkdir. Bu onu sübüt edir ki, Heydər Əliyev ənənələrinin layiqli davamçısı İlham Əliyev cənabları tolerantlığı və multikulturalizm dəyərlərini inkişaf etdirən ölkə rəhbəri kimi Dünya İslam ölkələrinin birliyinə, vəhdətinə və həmrəliyinə nail olacaqdır.

Azərbaycanımızın çiçəklənməsi, dövlətçiliyimizin möhkəmlənməsi, sağlam vətandaş, cəmiyyətinin inkişafetməsi, ictimai asıyışin qorunması və dövlət-din münasibətlərinin sağlam təməllər üzərində bərqərar olması üçün məzəhəblərarası münasibətlər zəminində düzgün və qərəzsiz məlumatlandırma işlərinin təşkili ən mühüm strateji əhəmiyyətli vəzifələrdən biridir.

Başqa sözlə, müasir dünyada sabitliyi bərqərar etmək, xalqlar, cəmiyyətlər və insanlar arasında tarixi ənənələri qorumaq üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də dəfələrlə yüksək tribunalardan dediyi kimi “dünyada multikulturalizmin alternativi yoxdur”.

Bu gün xalqımızın Heydər Əliyev şəxsiyyətinə, onun əsasın ı qoyduğu inkişaf strategiyasının davam etdirilməsinə böyük ehtiyacı var. Biz əminik ki, bu strategiyanın qətiyyətli davamçısı kimi möhtərəm Prezidetimiz İlham Əliyev cənabları tərəfindən həyata keçirilən tədbirlər sayəsində respublikamız çiçəklənən, günü-gündən inkişaf edən, yüksək sosial-mədəni, siyasi-iqtisadi dayaqlar və əzəmətli hərbi gücə malik qüdrətli bir dövlət kimi inkişaf edir və edəcəkdir. Bunun üçün yalnız bizi inkişafa, tərəqiyyə doğru aparan şəxsin-İlham Əliyev cənablarının ətrafından sıx birləşməyimiz lazımdır.

Lerik rayon Vizəzəmin kənd məscidi dini icmasının sədri: Bunyadov Eldar Şirinbəyoğlu

mob: (050) 409 35 27


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR