Kilsəyə gedənləri aparan mikroavtobus qəzaya uğradı

ABŞ-ın Texas ştatında yerləşən Uvalde şəhərində mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində 13 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

Metbuat.az bildirir ki, ölənlərin əksəriyyəti yaşlı şəxslərdir. Onların dua etmək məqsədilə kilsəyə gəldikləri və həmin mikroavtobusla yola çıxdıqları deyilir. Bölgəyə çoxlu sayda təhlükəsizlik əməkdaşı cəlb olunub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR