Liberman: "Azərbaycanla İsrail arasında münasibətlər gələcəkdə də inkişaf edəcək"

Liberman: "Azərbaycanla İsrail arasında münasibətlər gələcəkdə də inkişaf edəcək"
15:42 30 Mart 2017
96 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycan təkcə İsrailin strateji tərəfdaşı deyil, həm də dinlərarası və millətlərarası tolerantlığın nümunəsidir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri, keçmiş xarici işlər naziri Aviqdor Liberman Azərbaycanla İsrail arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik çıxışında deyib.

Onun sözlərinə görə, Azərbaycan və İsrail arasında əməkdaşlıq qarşılıqlı maraqlar əsasında qurulub: "Ölkələrimiz arasında münasibətlərin qurulmasında iştirak etdiyim üçün qürur duyuram. Mən buraya səfərlərim zamanı özümü hər zaman evdəki kimi hiss etmişəm. Mən burada bir sıra rəsmi şəxslərlə, o cümlədən ölkə prezidenti İlham Əliyevlə görüşmüşəm. Bu görüşlər bizə yüksək texnologiyalar, kənd təsərrüfatı, energetika və bir çox digər sahələrdə əməkdaşlığı möhkəmləndirməyə imkan verib".

İsrailli nazir qeyd edib ki, Azərbaycanda yaşayan yəhudi icması özünü həmişə təhlükəsizlikdə hiss edib: "Bu icma, eləcə də İsraildə yaşayan azərbaycanlılar iki ölkə arasında körpü rolunu oynamaqda davam edir".

A.Liberman ümid etdiyini bildirib ki, ikitərəfli münasibətlər gələcəkdə də inkişaf edəcək. O, bu sahədə Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının səylərini də vurğulayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/530564.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR