Qadın sağlamlığı üçün KƏPƏNƏK məşqi - FOTO

Qadın sağlamlığı üçün KƏPƏNƏK məşqi - FOTO
15:53 30 Mart 2017
Ölkə mətbuatı
A- A+

Kəpənək məşqi qadın sağlamlığı üçün çox faydalıdır. Bu məşq çanaq-bud oynaqlarını inkişaf etdirir, kiçik çanaq orqanlarının qan dövranını yaxşılaşdırır, aybaşı zamanı yaranmış ağrıları azaldır, uşaqlıq əzələlərini möhkəmləndirir, həmçinin yan əzələlərini rahatlaşdırır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu çalışma böyrək, sidik-cinsiyyət sisteminin işinin fəallaşdırılmasına da dəlalət edir, radikulit, fəqərəarası yırtıqların və venaların varikoz genişlənməsi profilaktikasına xidmət edir.

Yeri gəlmişkən, kəpənək məşqi hamiləlik vaxtı xüsusi ilə faydalıdır çünki uşaqlıq əzələlərini möhkəmləndirir və doğuşu asanlaşdırır.

Məşqin yerinə yetirilməsi şəkildəki kimidir. Bu vəziyyətdə minimum 30-60 saniyə dayanmalısınız, lakin öyrəndikdən sonra müddəti hər dəfə artırmaq lazımdır.

Ayaqlarınızı əllərinizlə nə qədər möhkəm dartsanız, bədən bir o qədər uzanacaq. Məşqi yerinə yetirən zaman əyri dayanmamağa çalışın, çiyinləri qulaq istiqamətində deyil, şaquli istiqamətdə düz saxlayın.

Hərəkətlərin yerinə yetirilməsini aşağıdakı şəkildə asanlaşdırmaq olar:

Yan altında taxta blok və ya bir neçə dəfə qatlanmış adyal qoymaq olar.

Əgər siz əllərinizlə ayaqlarınızı birləşdirə bilmirsinizsə, kəmərdən istifadə edin.

Əgər birbaşa yerdə oturmaq çətindirsə, divara söykənmək olar.

Diqqət! Qasıq və ya diz travmaları almısınızsa, bu zaman tapşırığı bud altına dayaq yerləşdirmədən yerinə yetirmək olmaz.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/saghlamliq/193119.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR