Bu YENİ SƏLAHİYYƏT ancaq Səhiyyə Nazirliyinə verilə bilər

Bu YENİ SƏLAHİYYƏT ancaq Səhiyyə Nazirliyinə verilə bilər
15:57 30 Mart 2017
106 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycanda gözün buynuz qışası bankı yaradılmalıdır və bu məsələ diqqətdə saxlanılmalıdır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında deyib.

Ə. Əmiraslanov bildirib ki, buynuz qişası bankının yaradılmasının ən böyük ağırlığı Oftolmologiya Mərkəzinin üzərinə düşür.

Ə.Əmiraslanov bildirib ki, hazırda gözün buynuz qişası üçün materialların ölkəyə gətirilməsi qanunla qadağandır: "Yeni dəyişikliklərlə biz bu transplantın ölkəyə gətirilməsinə icazə veririk. Lakin kim istəsə, onu gətirə bilməz. Onun müvafiq icra orqanlarının, yəqin ki, Səhiyyə Nazirliyinin icazəsindən sonra ölkəyə gətirilməsi mümkün olacaq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/530569.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR