Neftçilər prospektində hərəkət məhdudlaşdırılacaq

Neftçilər prospektində hərəkət məhdudlaşdırılacaq
16:12 30 Mart 2017
31 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azəravtoyol" ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir.

Cəmiyyətdən Milli.Az-a verilən məlumata görə, bu gün axşam saat 22:00-dan səhər saatlarınadək Neftçilər prospektinin Əziz Əliyev küçəsi ilə kəsişməsindən Yusif Səfərov küçəsi ilə kəsişməyədək olan hissəsində yolun üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Bu səbəbdən göstərilən müddət ərzində sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti rənglənmə işlərinin aparıldığı zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.

"Azəravtoyol" ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

Yusif Nəsirli

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/530504.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR