Süni mayalanma ilə doğulan oğlan uşaqları ata ola bilmir?!

Uzun illər sonsuzluqdan əziyyət çəkən cütlüklər çarə olaraq süni mayalanma üsuluna üz tuturlar. Süni mayalanma bədəndən kənar mayalanmadır.

Metbuat.az məlumat verir ki, yumurtalıqdan yumurta hüceyrə əldə edilir, laboratoriyada spermatozoidlə birləşdirilir. Hazır rüşeym 3 gün sonra uşaqlığa yerləşdirilir. Rüşeymin tutub tutmaması 2 həftə ərzində bilinir. Bu yolla hamiləlikdə düşük və vaxtından qabaq doğuşlara tez-tez rast gəlinir. Bir də belə hamiləlikdə əkiz və üçəmlər çox olur. Körpənin özünə gəlincə, təbii yolla mayalanmış uşaqdan heç bir fərqi yoxdur.

"The Sun" qəzetinin yazdığına görə, yeni araşdırma süni mayalandırma və ya IVF üsulu ilə doğulmuş kişilərin sonsuzluğu irsən ötürdüklərini aşkara çıxarıb. Ekspertlər deyirlər ki, süni mayalandırma üsulu ilə doğulmuş oğlan uşaqları gələcəkdə sperm azlığına məruz qalmağa üç dəfə daha artıq risklidirlər.

Məsələ ilə bağlı həkim ginekoloq, tibb elmləri namizədi Gülnara Sultanqızı Metbuat.az-a açıqlamasında deyib: “Süni mayalandırma qadın və kişi faktorundan yarana bilər. Gələcəkdə doğulan uşaqların sağlamlığı barədə dəqiq məlumat vermək düz deyil. Kişinin dölləmə qabiliyyətinə isə onun süni və yaxud normal yolla doğulması təsir etmir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR