Azərbaycanda daha bir yazar İNTİHAR ETDİ - FOTO

Azərbaycanda daha bir yazar İNTİHAR ETDİ - FOTO
16:32 30 Mart 2017
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Yasamal rayonu ərazisində intihar hadisəsi baş verib.

Milli.Az bakipost.az-a istinadən xəbər verir ki, Rizvan Axundov adlı şəxs özünü yaşadığı mənzildə asıb. İlkin məlumata görə, onun intihar səbəbi maliyyə problemləri ilə bağlı olub. Mərhumun bank kreditlərinin olduğu, üstəlik bir müddətdir, işsizlikdən əziyyət çəkdiyi bildirilir. 

R.Axundov 1972-ci ildə Ağdamda anadan olub. 1994-cü ildə İqtisad Universitetinin maliyyə-kredit fakültəsini fərqlənməylə bitirib. 1994-98-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasında aspiraturada oxuyub. Mərhum elmi fəaliyyətlə yanaşı bəddi yaradıcılıqla da məşğul olub. O, Rizvan Qorxmaz imzası ilə şeirlər və hekayələr yazırmış. "Qəlbin kövrək telləri" adlı kitabı da nəşr olunub. 

Ailəlidir, bir övladı var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/530597.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR