Maqnit qasırğası ilə bağlı proqnozlar dəqiq deyilmiş

Maqnit qasırğası ilə bağlı proqnozlar dəqiq deyilmiş
16:38 30 Mart 2017
Ölkə mətbuatı
A- A+

Maqnit qasırğasının insan orqanizminə təsiri barədə xəbərdarıq. Qan təzyiqi yüksək olan, hipertoniyadan əziyyət çəkən, insult və ya infarkt keçirmiş insanlar qasırğaların təsirinə daha meyllidir. Maqnit qasırğası qan damarlarında ciddi spazmalar yaradır. Qanda stress hormonları və adrenalin üzə çıxır. Bütün bunlar qanın sürətini azaldır, laxtalanmanı artırır və s. Adətən maqnit qasırğasının olacağını həftəsinə, gününə qədər qabaqcadan xəbər verilir. Amma maraqlıdır ki, əksər astronomlar belə proqnozlara skeptik yanaşırlar.

Publika.az-ın xəbərinə görə, rusiyalı astronom, fizika-riyaziyyat üzrə elmlər namizədi Vladimir Surdin bu barədə bildirir ki, maqnit qasırğası ilə bağlı məlumatlar dəqiq proqnoz şəklində verilə bilməz: “Astronomlar il ərzində neçə maqnit qasırğasının olacağını proqnoz edə bilərlər, lakin bunun dəqiq hansı günə düşəcəyini demək mümkün deyil. Maqnit qasırğası ilə bağlı dəqiq məlumatı yalnız kosmik uçuş zamanı əldə etmək mümkündür, o da qasırğadan bir neçə saat əvvəl bəlli olur”.

Alim deyir ki, əvvəllər belə dəqiq məlumatları verə bilən “Günəş Xidməti” deyilən qurum mövcud olub. SSRİ-də bu xidmət 1954-cü ildən 1982-ci ilə qədər fəaliyyət göstərib.

Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/saghlamliq/193123.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR