Putin: “Bütün digərləri yalanlar və kəşflərdir”

Putin: “Bütün digərləri yalanlar və kəşflərdir”
16:43 30 Mart 2017
118 Dünya
Ölkə mətbuatı
A- A+

“Rusiya ABŞ kimi böyük dövlətlə əməkdaşlıq münasibətlərini qaydaya salmaq istəyir”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Beynəlxalq Arktika Forumunda çıxışında deyib.

“Biz qəbul edirik, Birləşmiş Ştatlar böyük dövlətdir. Biz onunla xeyirxah əməkdaşlıq münasibətlərini qaydaya salmaq istəyirik. Rusiya barəsində bütün digər deyilənlər yalanlar, kəşflər və təxribatlardır. Bütün bunlar Amerikanın daxili siyasi gündəliyi üçün istifadə olunur”, - Rusiya prezidenti bildirib.

Onun sözlərinə görə, anti-Rusiya kartı ABŞ-ın daxilində ayrı-ayrı siyasi güclərin xeyrinə oynanılır. Putin qeyd edib ki, ictimai rəy sorğuları ABŞ-da Rusiyanın dostlarının çox olduğunu göstərir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/193127.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR