Gözün buynuz qişasının transplantasiyası üçün 3000-ə yaxın xəstə növbədədir

Gözün buynuz qişasının transplantasiyası üçün 3000-ə yaxın xəstə növbədədir
16:57 30 Mart 2017
74 Ölkə
Ölkə mətbuatı
A- A+

"Hazırda gözün buynuz qişasının transplantasiyası üçün 3000-ə yaxın xəstə növbədədir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov deyib.

O bildirib ki, Azərbaycanda bəzi klinikalar gözün buynuz qişasının ölkəyə gətirilməsinə icazənin verilməsi ilə bağlı yeni imkandan istifadə edə bilərlər.

E.Qasımov buynuz qişasının xarici ölkədə kurs keçmiş 5 həkimin adına ölkəyə gətirilməsini təklif edib.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə bildirib ki, transplantın ölkəyə gətirilməsi pərakəndə şəkildə həyata keçirilə bilməz. Bu işin konkret qurum tərəfindən həyata keçiriləcəyini xatırladan Ə.Əmiraslanov bu məsələdə monopoliyanın tətbiqini də düzgün saymayıb: "Mən bu monopoliyanın da tərəfdarı deyiləm. Özəl klinikalarda belə mütəxəssislər varsa, gələcəkdə onlara bu əməliyyatlara icazə verilə bilər. Təcrübəsiz həkimlərə bu transplantın aparılması üçün icazə verilməməlidir. Məncə, bu məsələ tənzimlənəcək".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/530591.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR