Çin bu türk ölkəsini işğal edir - Razılıq ƏLDƏ OLUNDU

Çin bu türk ölkəsini işğal edir - Razılıq ƏLDƏ OLUNDU
17:08 30 Mart 2017
152 Dünya
Ölkə mətbuatı
A- A+

Çin Qazaxıstanın müxtəlif sahələrinə investisiya yatırmaqla bu ölkəni ələ alır.

Publika.az
xəbər verir ki, 365info.kz saytı Qazaxıstanda çinlilərin sayını araşdırıb.

Çinin neft şirkətləri Qazaxıstana 16 il əvvəl gəldilər. Hər şey ondan başladı ki, 1997-ci ilin sentyabrında Çin milli neft-qaz korporasiyası (CNPC) Qazaxıstanın “Aktobemunayqaz” Səhmdar Cəmiyyətinin səhmlərinin 60 faizini aldı. CNPC-nin 10 faiz səhminin dövlətə aid olduğu nəzərə alınsa, deməli Qazaxıstan şirkətinin səhmlərini birbaşa rəsmi Pekin əldə edib. Həmin dövrdən başlayaraq, Çin şirkətləri Qazaxıstan neftinə yiyələnməyə başladı.

2001-ci ildə CNPC “Buzachi Operating Ltd” şirkətinin 50 faiz səhmini, 2006-cı ildə isə “PetroKazakhstan” şirkətinin 50 faiz səhmini aldı. Beləliklə, Akyubinsk bölgəsində istehsal edilən neftin 97 faizi Çinin mülkiyyəti oldu. Çin şirkətləri Qazaxıstanın başqa neft regionlarında da aktivdirlər.

Çin “Qərbi Çin-Qərbi Avropa” və “Qazaxıstan dəmiryolu” nəqliyyatlarına da 600 milyon sərmayə qoyur. Bununla yanaşı, Pekin infrastruktura, kənd təsərrüfatına, turizmə və başqa sahələrə də maraq göstərir. Qazaxıstan və Çin rəhbərliyi 45 layihə üzrə birgə iş həyata keçirmək haqda razılığa gəliblər.

2008-ci ildən başlayaraq, çinlilər kütləvi şəkildə Qazaxıstana axışmağa başladılar. 2012-ci ildə rus professor Maslov fərziyə irəli sürdü ki, “yaxın illərdə Qazaxıstana 5 milyon çinli gələ bilər”.

2014-2015-ci illərdə Çinin rəsmi nəşri olan “Xuansyu Şibaon” yazırdı ki, Qazaxıstanda 400 min etnik çinli yaşayır. 2015-2016-cı illərdə isə Qazaxıstana rəsmi şəkildə gələn çinli işçilərin sayı 100 faiz artdı. Təkcə bir il ərzində 11860 Çin vətəndaşı Qazaxıstanda işləmək üçün rəsmi icazə aldılar. Bütövlükdə Qazaxıstanda əmək miqrantlarının 38 faizi çinlilərdir. Ən maraqlı məqam isə Qazaxıstanda işləyən çinlilərin əmək haqlarının qazaxların əmək haqlarından beş dəfə çox olmasıdır.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/193131.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR