Rəşad İlyasovun yerinə Emil Şahzadə gəldi

Rəşad İlyasovun yerinə Emil Şahzadə gəldi
17:12 30 Mart 2017
168 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Rəşad İlyasov aparıcılıq etdiyi "Bu axşam" verilişindən uzaqlaşıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, proqrama bir müddətdir Emil Şahzadə aparıcılıq edir.

Əməkdaşımızla söhbətində R.İlyasov bildirib ki, telekanalla yollarını ayırmayıb:

"Bir il yarım "Bu axşam"a aparıcılıq etdim. Hazırda "Yaradanlar və yaşadanlar" verilişinə aparıcılıq edirəm. Sırf musiqi ilə bağlıdır. Musiqi tarixində iz qoymuş bəstəkarların, söz yazarlarının, xanəndələrin yaradıcılığından bəhs olunur. Mənim peşəmə yaxın bir layihə olduğu üçün rəhbərlik belə məsləhət gördü. Veriliş həftənin cümə günü saat 22:00 AzTV-də, bazar günü saat 22:30-da isə "Mədəniyyət" kanalında yayımlanır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/530602.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR