İtirilən "Smart-kart" necə bərpa olunur?

"Smart-kart" tipli sayğaclarda kartı itirdikdə, yenisini necə əldə etmək olar?

Mövzu ilə bağlı “ASAN Xidmət”in məlumat mərkəzindən Metbuat.az-a verilən açıqlamaya əsasən, “Smart-kart" tipli sayğaclarda kart itirilibsə, qazla bağlı xidmət olan “ASAN Xidmət” mərkəzlərinə müraciət etmək lazımdır:

“Bakı şəhəri üzrə “Smart kart”ın bərpası ilə bağlı 1 saylı “ASAN Xidmət” istisna olmaqla digər mərkəzlərə, eyni zamanda, kommunal mərkəzlərə yaxınlaşmaq olar. Kartın qiyməti 10 manatdır və yerində bərpa olunaraq təqdim edilir. Lakin müraciət edən şəxs öz şəxsiyyət vəsiqəsini və ya sayağacın şəklini, yaxud da köhnə qəbzlərdən varsa, onun abonent kodunu gətirməklə müraciət edə bilər. Məsələn, Sumqayıtda qazla bağlı xidmət olmadığı üçün ora müraciət etmək mümkün olmur. “ASAN Xidmət” olmayan ərazilərdə kommunal mərkəz və ya regional “ASAN Xidmət” mərkəzlərində şöbələr var. Orada itirilmiş “Smart kart”ın bərpası mümkündür.

Qeyd edək ki, “ASAN xidmət”də yalnız SOCAR tipli “smart-kart”lar bərpa olunur.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR