Yeni mobil texnologiya real vaxt rejimində müxtəlif əşyaların üzərindəki mətni tanıyacaq

Yeni mobil texnologiya real vaxt rejimində müxtəlif əşyaların üzərindəki mətni tanıyacaq
17:35 30 Mart 2017
Ölkə mətbuatı
A- A+

“ABBYY” şirkəti informasiyanı sənədlərlə yanaşı, müxtəlif əşyaların üzərindən əldə edən “ABBYY Real-Time Recognition SDK” texnologiyasını təqdim edib. Kameranı mətnin üzərinə yönəldən zaman texnologiya məlumatları alaraq onları tanıyır və bunun üçün internetə qoşulma tələb olunmur.

“ICTnews” Elektron Xəbər Xidməti “IT-Weekly” resursuna istinadən yazır ki, “ABBYY Real-Time Recognition SDK” vasitəsilə şirkətlər və tərtibatçılar “iOS” və “Android” əməliyyat sistemləri üçün rahat mobil proqramlar yarada biləcəklər. Bundan sonra istifadəçilərin mətnin fotoşəkilini çəkərək onu yaddaşda saxlamalarına ehtiyac qalmayacaq. Belə ki, kameranı lazımi yerə yönəltməklə tanınan informasiya dərhal ekranda görünəcək. Texnologiya bir neçə kadrın tanınmasının nəticələrini birləşdirir. Tanınma kənar serverlərə müraciət etmədən bilavasitə qurğuda həyata keçirilir. Bu funksionallıq məxfi informasiyanın sızma riskini minimuma endirir və yüksək məlumat təhlükəsizliyi standartlarına malik təşkilatlar üçün əlverişli hesab olunur.

“ABBYY RTR SDK” aləti, həmçinin müştərilərə xidmətin göstərilməsində keyfiyyətin yaxşılaşdırılmasına yönələn həllər üçün uyğun gəlir. Belə ki, bank proqram istifadəçiləri məsafədən hesabın açılması üçün ərizəni avtomatik doldura, pul köçürməsi və ya qəbz ödənişi üçün rekvizitləri daxil edə biləcəklər. Bank, sığorta şirkətləri, ticarət şəbəkələrinin əməkdaşları müştərilər haqqında məlumatları informasiya sistemlərinə daha sürətli daxil etmək imkanı əldə edəcəklər.

Yeni texnologiyanı daxili biznes proseslərinin optimallaşdırılması üçün əlavələrdə uğurla tətbiq etmək mümkündür. Videoda tanınma məlumatların əllə daxil edilməsini xeyli azaldır. Məsələn, ezamiyyət haqqında hesabatların formalaşdırılması üçün sənədləri avtomatik emal etmək, inventarlaşdırma aparan zaman məlumatları tez daxil etmək olar.

Altmış üç dildə mətni tanıyan texnoloji həll beynəlxalq təşkilatlar üçün məhsulların yaradılmasına imkan verir.

Nizam Nuriyev 



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-46849-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR