Putin: “Trampa bunu etməyə imkan vermirlər”

Putin: “Trampa bunu etməyə imkan vermirlər”
17:38 30 Mart 2017
139 Dünya
Ölkə mətbuatı
A- A+

“ABŞ prezidenti Donald Trampa seçkiqabağı çağırışları həyata keçirməyə imkan vermirlər”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Arxangelskdə keçirilən Beynəlxalq Arktika Forumunda Rusiya prezidenti Vladimir Putin deyib.

“Rusiya ABŞ-da olanlara qarışmır və gözləyir ki, orada daxili siyasi vəziyyəti nə vaxt sabitləşəcək. Ancaq görürük ki, prezident Donalda Trampa bir çox məsələlər üzrə seçkiqabağı çağırışları həyata keçirməyə imkan vermirlər. Bura səhiyyə və beynəlxalq məsələlər, o cümlədən Rusiya ilə münasibətlər daxildir”, - Putin bildirib.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/193134.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR