Cinayət Məcəlləsinə dəyişiklik

Cinayət Məcəlləsinə dəyişiklik
18:12 30 Mart 2017
173 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda beynəlxalq uçuş qaydalarının pozulmasına görə tətbiq olunan cəzanın cəriməsi artırılır.

Milli.az report-a istinadən xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif edilir.
Cinayət Məcəlləsinə əsasən, hazırda müəyyən edilmiş icazədə göstərilən marşrutlara, enmə yerlərinə, hava qapılarına, uçuş yüksəkliyinə riayət etməmə və ya beynəlxalq uçuş qaydalarını başqa cür pozma əməlinə görə 500 manatdan 2 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılma nəzərdə tutulur. Dəyişiklik layihəsində cərimənin miqdarının 2 min manatdan 4 min manatadək artırılması təklif edilir.
Layihə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/530645.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR