"Neftçi" əvvəlki günlərə dönmək istəyirsə..." - Flavinyo

"Neftçi" əvvəlki günlərə dönmək istəyirsə..." -   Flavinyo
18:17 30 Mart 2017
70 İdman
Ölkə mətbuatı
A- A+

"Neftçi"nin sabiq futbolçusu Flavinyo sport24.az saytına müsahibə verib. Karyerasını başa vurmuş braziliyalı yarımmüdafiəçi keçmiş günlərini xatırlayıb, “Neftçi”nin hazırkı vəziyyətindən danışıb.


- Braziliyada nə işlə məşğulsan?

- Daşınmaz əmlak satışı və tikinti şirkəti açmışam. Hazırda bu sahədə işlər görürəm.


- Futbolla bağlı fəaliyyətini bitirmisən?

- Əlbəttə! Daha çox futbol oynamadım. Braziliyaya qayıdandan sonra karyeramı bitirmək qərarına gəldim. "Şapekoense"dən sonra futbol oynamadım. Düşündüm ki, bu, daha yaxşıdır.


- Deyəsən, "Neftçi"dən ayrılandan sonra futbola marağın da yox olub?

- Burda o qədər də uğurlu alınmadı. Ona görə də bitirmək qərarı verdim.


- Azərbaycan Premyer Liqasını izləyirsən?

- İnternetdən nəticələrə baxıram. “Facebook”da "Neftçi"nin oyunlarını izləyirəm.


- Bura qayıtmaq istəyirsən?

- Azərbaycan, Bakı üçün çox darıxıram. Doğrudan, orada əla günlərim keçib. Belə demək mümkünsə, burnumun ucu göynəyir. Yenidən "Neftçi"nin formasını geyinmək istəyirəm.


- Amma sabiq komandanın hazırkı durumu heç də xoş deyil...

- Mənim üçün "Neftçi" həmişə orada qazandığım 5 titul və Avropa Liqasının qrup mərhələsinə düşən komandadır. Biz Sadıq Sadıqovun rəhbərliyi altında çox şey etdik. Əgər komanda əvvəlki günlərə dönmək istəyirsə, uğurlar qazanmaq, zirvələri fəth etmək istəyirsə, Sadıq Sadıqovun rəhbərliyi altında işləmiş insanlar ora dönməlidir.


- Düşünürsən ki, bu, komandanın vəziyyətini dəyişəcək? İndiki halda uğur mümkün görünmür?

- Futbol nəticələrdən ibarətdir. Nə edirsən et, hər zaman qazandıqlarınla xatırlanacaqsan. Bu, bütün dünyada belədir. Ona görə də əldə olunan uğurlara baxıb, danışmaq lazımdır. Üç çempionluq, 2 kubok, UEFA Avropa Liqasının qrup mərhələsi. Məgər bunlar bəs etmir ki, durumu izah edəsən?


- Bu il komandanın yaranmasının 80 illiyidir...

- Bu, çox böyük hadisədir. "Neftçi" tarixində ən yaddaqalan illərdən biridir. Çünki dünyada barmaqla sayılacaq qədər bu yaşda, daha böyük komandalar var. Onları təbrik etdim.


- "Neftçi"də kimləri təbrik etdin?

- Klubu və azarkeşlərini təbrik etdim. Onlara uğurlar arzuladım.


- Bu gün komanda Azərbaycan Kubokunun yarımfinalında "Qarabağ"a qarşı oynayacaq. Hansı nəticəni gözləyirsən?

- "Neftçi"dən həmişə uğurlu nəticə gözləyirəm. Bilirəm çətin olacaq, amma onlara uğurlar arzulayıram.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotneftciquot-vvlki-gunlr-donmk-istyirsquot-t57224.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR