Putin Trampla görüşməyə hazırdır

Vladimir Putin Arxangelskdə işini davam etdirən Beynəlxalq Arktika Forumuna qatılıb.

Metbuat.az-ın məlumatına görə, forumda iştirak edən Finlandiya prezidenti Sauli Niinistö Donald Tramp və Vladimir Putini Helsinkidə keçirilməsi planlaşdırılan Arktika zirvəsinə dəvət edib. Rusiya prezidenti isə öz növbəsində Helsinkidə amerikalı həmkarı ilə görüşməyə hazır olduğunu bildirib:

"Bu tip tədbirlərin keçirilməsi baxımından Finlandiya çox münasib ölkədir. Böyük məmnuniyyətlə Helsinkidəki zirvəyə qatılmaq istəyərdim. Orada Donald Trampla görüşə bilərik. Finlandiyada reallaşmasa belə, G-20 zirvəsində ABŞ prezidenti ilə bir masa arxasında oturmaq olar".

Vladimir Putin ABŞ-la əlaqələrini gücləndirmək niyyətində olduğunu əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR