“Onun pərt olmasını başa düşmək olar” - Roman Qriqorçuk

“Onun pərt olmasını başa düşmək olar” -   Roman Qriqorçuk
19:37 30 Mart 2017
78 İdman
Ölkə mətbuatı
A- A+

“Qol vəziyyətlərini qaçırmağımızın bir neçə səbəbi var. Əsas isə ustalıq səviyyəsidi”. Bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

 

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda səfərdə “İnter”lə qarşılaşan “qırmızı-qaralar” 3:1 hesablı qələbəyə sevinib.

 

Oyundan sonra ukraynalı çalışdırıcı matç haqqında fikirlərini bölüşüb: “Qurulmuş hücum zamanı oyunçuların ustalıq səviyyəsi lazımdı ki, epizodu qola çevirsinlər. Ancaq bu, oyunçularımızda kifayət qədər deyil. Digər tərəfdən futbolçularıma yazığım gəlir ki, qol fürsətləri yaratsalar da, bundan lazımınca istifadə edə bilmirlər.

 

- Burdan çıxdıqdan sonra otelə yollanacaqsız, yoxsa “Neftçi” - “Qarabağ” oyununa?

- Xeyr, otelə gedəcəm. Komanda istirahət etməlidi.

 

- Subotiç əvəzlənərkən məyus görünürdü...

- Onu başa düşmək olar. 2 qol vurdu, daha çox qol vura bilərdi. Buna görə, onun pərt olmasını başa düşmək olar.

 

- “Qəbələ”nin bir qolu sayılmadı...

- Məncə, həmin epizodda qol var idi. Ancaq 4-cü hakim mənə dedi ki, bizim oyunçumuz rəqibin qarşısını kəsirdi, buna görə, qol qeydə alınmayıb. (Apasport.az)


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-onun-prt-olmasn-baa-dumk-olar-t57225.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR