Yığmamız Tailanda yollanır

Yığmamız Tailanda yollanır
19:37 30 Mart 2017
73 İdman
Ölkə mətbuatı
A- A+

3-10 aprel tarixlərində Tailandın Banqkok şəhərində yeniyetmələr arasında 7-ci dünya birinciliyi keçiriləcək. Bu turnir gələn il Argentinanın paytaxtı Buenos-Ayres şəhərində keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.


Yüzə yaxın ölkədən 538 atletin (179 qız və 359 oğlan) iştirak edəcəyi birincilikdə Azərbaycan yığması da medallar uğrunda mübarizə aparacaq. Artıq heyətimiz də məlumdur. Onunla aşağıda tanış ola bilərsiniz:


Qızlar: Səbinə Əzimova (48 kq).


Oğlanlar: İsmayıl Məmmədov və Elməddin Hüseynov (56 kq), Elvin Abdullayev (62 kq), Füqan Əliyev (69 kq), Tarmenxan Babayev (77 kq), Şükürlü Mayıl (85 kq), Ümidvar Bayramlı (94 kq), Həsənbəy Həsənzadə (+94 kq)


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ymamz-tailanda-yollanr-t57226.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR