"Büstü düzəldəndə Ronaldunun internetdən tapdığım şəkillərindən istifadə etmişəm"

"Büstü düzəldəndə Ronaldunun internetdən tapdığım şəkillərindən istifadə etmişəm"
19:37 30 Mart 2017
101 İdman
Ölkə mətbuatı
A- A+

"Real Madrid"in ulduz futbolçusu Ronaldu martın 29-da doğma şəhəri Funşalda olub. O, Madeyra hava limanına onun adının verilməsi münasibətilə təşkil olunan mərasimə qatılıb. Aeroportun girişində qoyulan Ronaldunun büstünün ona oxşamadığı barədə fikirlər maraq doğurub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, büstü hazırlayan Manuel Santuş bu fikirlərə münasibət bildirib.

"Hətta İsa da hamının sevimlisi deyildi. Bu, zövq məsələsidir. Büstü düzəldəndə Ronaldunun internetdən tapdığm şəkillərindən istifadə etmişəm. Onları qarşıma qoyub işə başlamışdım. Ronaldu büstün fotosu təqdim olunmamışdan öncə görmüşdü. Onun qardaşı ilə Madeyra muzeyində idik. Göndərdiyi mesajdan məlum oldu ki, büstündən razıdır", - Santuş deyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/530586.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR