Hacı Şahin: "Metro öpüşmək yeri deyil. Bu, günahdır..." -

Jurnalist Xaqani Səfəroğlunun metroda öpüşən gənclərlə bağlı "Facebook" paylaşımı geniş müzakirələrə səbəb olub. Məsələyə fərqli yanaşmalar ortaya qoyulub. Bəs görəsən, ictimai yerlərdə sevgi hissini aşkar büruzə vermək dində necə qəbul olunur?

Metbuat.az-ın məlumatına görə, məsələ ilə bağlı APA TV-nin suallarını cavablandıran ilahiyyatçı Hacı Şahin Həsənli metroda öpüşməyin günah olduğunu deyib:

“Düzdür, biz azad cəmiyyətdə yaşayırıq və insanlar seçimlərində azaddır. Amma cəmiyyətdə qəbul olunan qaydalar var. O gənclərə izah etmək lazımdır ki, metro bu işlər üçün münasib yer deyil. Bu, günahdır. İnsanın intim hərəkətləri cəmiyyət içərisində etməsi dini nöqteyi-nəzərdən günah sayılır”.

Hacı Şahin qeyd edib ki, əgər bir insan səhv edirsə, onu tənqid etdiyimiz zaman biz də növbəti səhvi etməməliyik.

“Qeyri-etik davranan insanı biz də qeyri-etik tərzdə tənqid etməməliyik. Heç bir halda insanların şəxsiyyətini tənqid etmək olmaz. Ən qatı cinayətkarın, ən əxlaqsız insanın belə təhqir etməyə haqqımız yoxdur! İstənilən insanın şəxsiyyəti toxunulmazdır. Din də şəxsiyyətin toxunulmazlığını təsdiq edir. Hər hansı müzakirə dözümlülük tələb edir. Əxlaqsızlıqla əlxaqsız tərzdə mübarizə aparmaq olmaz”, - deyə ilahiyyatçı bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR