"WhatsApp"da virus YAYILDI

"WhatsApp"da virus YAYILDI
19:57 30 Mart 2017
Ölkə mətbuatı
A- A+

Populyar "WhatsApp" messencerində virus yayılıb.

Milli.Az lent.az-a istinadən verdiyi xəbərə görə, zərərli proqram təminatı düşdüyü istənilən cihazdan şəxsi məlumatların surətini çıxararaq öz tərtibatçılarına ötürür.
 
Hakerlər fotolar, videolar, istifadəçi şifrələri və digər mühüm məlumatları birbaşa akkauntlardan oğurlamağı bacaran virus hazırlayıblar. Artıq bir çox insan bu cür virtual fırıldaqçılığın qurbanı olub. Belə ki, naməlum nömrədən guya təsadüfi qazanılan mükafat barədə istifadəçiyə məlumat gəlir. Qurbanlar bu məlumatı açan kimi virus fəaliyyətə başlayır.
 
"WhatsApp"ın məlumat təhlükəsizliyi xidməti problemin aradan qaldırılması üzərində işləyir. Yaxın zamanlarda xidmət ənənəvi rejimdə işləyəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/530613.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR