Azərbaycan kuboku:

Azərbaycan kubokunda yarımfinal mərhələsinə start verilib.

Metbuat.az xəbər verir ki, günün ilk matçında "İnter" "Qəbələ"ni qəbul edib. Oyunda hesab 15-ci dəqiqədə açılıb. Daniel Subotiç penaltini dəqiq yerinə yetirib. Çox keçmədən ev sahibləri Adrian Skarlatakenin vurduğu qolla hesaba tarazlıq gətiriblər. Lakin ikinci hissə başlar-başlamaz "Qəbələ" yenidən önə keçib. Subotiç dublunu rəsmiləşdirib. Filip Ozobiçin 88-ci dəqiqədə penaltidən vurduğu qol isə matçda sonuncu olub.

“İnter” – “Qəbələ” - 1:3

Qollar: Adrian Skarlatake, 18 - Daniel Subotiç, 15 (p.), 47, Filip Ozobiç, 88 (p.)
Hakimlər: Elvin Əsgərov, Vaqif Musayev, Mehman Mahmudov, Ömər Paşayev
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim-inspektor: Əli Hüseynov
“İnter Arena”

"İnter" - "Qəbələ" oyununun videoicmalını təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR