Bircə kərə zəng elə, sus, mən ölüncə danışmayaq…

Bircə kərə zəng elə, sus, mən ölüncə danışmayaq…
21:05 30 Mart 2017
128 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az sim-sim.az-a  istinadən Elnaz Eyvazın şeirini təqdim edir

Mövluda...

Soyuq dəyər, üşüyərsən.
De, torpağın qalındımı?
Qurtulmaq istədin dərddən,
heç olmasa, alındımı?!

Yaman dəymədüşər idin,
Xətrinə dəyənin yoxdu?!
Sən ki dost-tanış sevəndin,
qapını döyənin yoxdu.

Yenə elə gülürsənmi,
əlini vurub əlinə?!
Dərdli-dərdli susursanmı,
əlini qoyub belinə?!

Kim mənə elə ərk edər?!
Bundan belə, de, ay zalım.
Necə çırpdın göydən yerə,
daha düzəlmir əhvalım.

Mənə deməmiş getmisən,
küsmüşəm, gəl, barışmayaq.
Bircə kərə zəng elə, sus,
Mən ölüncə danışmayaq...

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/530600.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR