"Ya səhv yoldan qayıdın, ya da Türkiyədən çıxın" - Ərdoğan

"Ya səhv yoldan qayıdın, ya da Türkiyədən çıxın" - Ərdoğan
21:05 30 Mart 2017
131 Ölkə
Ölkə mətbuatı
A- A+

"Türkiyə 80 milyon vətəndaşının hər birinin dövlətidir, ölkəmizin problemləri müzakirə edərək, danışaraq həll etmək üçün uzatdığı əli qırmaq istəyən qüvvələr isə məhvə məhkumdurlar".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Mardindəki mitinqdə deyib.

R.T.Ərdoğan bildirib ki, ölkənin təhlükəsizlik qüvvələri fasiləsiz olaraq terrorizmlə mübarizə aparırlar: "Türkiyədə hansı təşkilata aid olmasından asılı olmayaraq heç bir terrorçuya rahatlıq yoxdur. Ya onlar səhv yoldan qayıdıb silahlarını təhvil versinlər, ya da Türkiyəni tərk etsinlər. Əks halda ordu, polis onları yaxalayaraq məhv edəcəklər".

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/530665.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR