Əlil şəxsə böyük məbləğdə kredit verdilər - Daha bir bank özbaşınalığı

Əlil şəxsə böyük məbləğdə kredit verdilər - Daha bir bank özbaşınalığı
21:12 30 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bankların özbaşınalıqları ilə bağlı xəbərlərin ardı-arası kəsilmir. Sıradakı xəbərimiz də bu haqdadır. Belə ki, banklardan biri heç bir yerdə işləməyən, sadəcə əlilik müavinəti alan şəxsə böyük məbləğdə kredit verib. İndi isə ödənişi onun pensiyasından çıxılır. Bankların vətəndaşın ödəniş qabiliyətini nəzərə almadan kredit verməsi nə dərəcədə doğrudur ?

Bankların yol verdikləri özbaşnalıqlar hələ də davam edir. Bu dəfə əmək qabiliyyəti olmayan əlilə maliyyə imkanları nəzərdə alınmadan böyük məbləğdə kredit verilib
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Bərdə sakini 1 qrup əlil olan Şahin Abbasov 2014-cü ildə başqasına vermək üçün öz adına 2400 manat kredit götürüb. Çox keçmədən həmin şəxs krediti qaytarmaqdan imtina edir.
Nəticədə bank aylıq ödənişləri əlilin aylıq 140 manat müavinətdən çıxmağa başlayıb. Hər ay sosial müavinətdən 98 manat çıxılıb. Bu hal kredit verilişi zamanı bankların vətəndaşların maliyyə imkanlarını araşdırması məsələsini gündəmə gətirir. Ekspert Anar Ramazanovun sözlərinə görə Mərkəzin Bankın hazırladığı və qanuni akt statusuna malik kredit verilmə qaydalarına əsasən banklar kredit verməmişdən əvvəl hər kəsin vəziyyətini araşdırmalıdır. İlk növbədə vətəndaşın gəlirlərini müəyyən edən rəsmi sənədlər, əlildirsə müvafiq qurumlardan arayış alınmalıdır. Bir sözlə, bankların bununla bağlı öhdəliyi var.
Əgər bankar buna əməl etmirlərsə, bu qanunvericiliyinin tələblərinin açıq şəkildə pozulmasıdır.
Sözügedən qaydaların pozulmasına görə banklara qarşı müxtəlif sanksiyalar tətbiq edilməlidir. Sanksiyalara bankların rəhbər şəxsləri vəzifədən qovulması,hansısa filialın bağlanılması,bankın kredit verməsinə məhdudiyyətlər qoyulması və s aid etmək olar.Bu prosesi Maliyyə Bazarlarına Nəzarət Palatası həyata keçirir.
Vəziyyətdən belə aydın olur ki, banklar özbaşnalıq etməkdə davam edirlər. Onlar mövcud qanunvericiliyin tələbləri kobud şəkildə pozmaqdan çəkinmirlər. Bu da ondan irəli gəlir ki, banklar özlərini sözün əsl mənasında cəzasızlıq mühitində hiss edirlər. Görəsən prosesə nəzarət etməli olan dövlət qurumları nə zaman banklara yerlərini göstərəcəklər. Əks halda belə problemlərin ardı-arası kəsilməyəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/530666.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR