"Oskar"da yenilik:

"Oskar"ın son təltifetmə mərasimində "Ən yaxşı film" nominasiyası üzrə "Moonlight" əvəzinə, yanlışlıqla "La La Land" qalib elan edilmişdi. Sonradan, yaranan problemin əsas səbəbkarı qismində "Price Waterhouse Cooper" şirkətinin əməkdaşı Brayan Kullinan göstərilmişdi.

Metbuat.az-ın məlumatına görə, "Oskar"ın təşkilatçıları son təltifetmə mərasimində yaşanan rəzalətin təkrarlanmaması üçün hərəkətə keçib. Artıq bundan sonra "PwC"nin əməkdaşları kulisdə mobil telefonundan istifadə edə bilməyəcəklər.

Yeniliklərdən biri də ondan ibarətdir ki, mərasimdə şirkətin iki yox, üç nümayəndəsi iştirak edəcək. "PwC"nin hər üç əməkdaşı rejissorun otağında oturacaq.

Yeni qaydalara əsasən, şirkət əməkdaşları sınaqlarda da iştirak etməlidirlər.

Çeril Bun İsaks akademiya üzvlərinə yeniliklər barədə məlumatlandırıcı xarakter daşıyan elektron məktublar göndərib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR