Üzməklə onurğanızı düzəldin

Üzməklə onurğanızı düzəldin
21:22 30 Mart 2017
141 Ölkə
Ölkə mətbuatı
A- A+

İnsanlar ömrü boyu Yerin cazibə qüvvəsinə qarşı mübarizə aparır. İnsan ayaqda dayana bilməsi üçün ağırlıqların paylaşdırılmasını öz daxilindəki bölgələrdə bölüşdürmüşdür.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, onurğadakı bu anatomik bölgələr boyun, kürək, bel, sağrı sümüyü və büzdüm olmaqla beş yerə ayrılır. Bu bölgələr ayrı-ayrılıqda öz vəzifələrini yetirməkdədirlər. Lakin bəzən həmin hissələrdə əyriliklərə rast gəlinir. Bu isə, ağırlıqların paylaşmasına mənfi təsir göstərir. Onurğa əyriliklərinə qarşı bir çox müalicə üsulu mövcuddur. Onlardan biri də üzməkdir. Onurğa əyrilikləri kəskin dövrlərində üzmək ilə bərpa edilə bilər. Üzmə, skelet və əzələ sistemini gücləndirdiyi üçün onurğa aralıqlarını da işlədir və daha dik bir onurğaya sahib olmağa kömək edir. Bəzi ağır idman növləri onurğanı yora bilər, bunun əvəzinə suyun qüvvəsindən faydalanmaq daha düzgündür.

Doğru hərəkətlərlə edilən üzmə sayəsində həm oynaq ağrıları azalır, həm də güclü bir onurğaya sahib olmaq mümkündür.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/529819.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR