Ermənistanda parlament seçkilərinə üsyan

Ermənistanda parlament seçkilərinə üsyan
21:57 30 Mart 2017
109 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistanda "Əriklər Ölkəsi" Partiyası ölkə və dünya ermənilərini aprelin 2-də keçiriləcək parlament seçkilərinə qarşı dinc aksiyalara çağırıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə partiya bəyanat yayıb.

"Seçkilərin saxtalaşdırılacağını indidən müəyyən etmək olar. Bu siyasi kampaniya klan hakimiyyətinin qalmasına xidmət edəcək. Diaspor nümayəndələrinin də səs verməsinə şərait yaratmaq lazım idi. Ancaq hakimiyyət kreslosunu itirəcəyi təhlükəsindən bunu etmir" - bəyanatda deyilir.

"Əriklər Ölkəsi" Partiyası seçiciləri hakim Respublikaçılar Partiyasına və hakimiyyətdə əvvəllər təmsil olunanlara səs verməməyə çağırıb. Həmçinin partiya aprelin 3-də etiraz aksiyası keçirməyi təklif edib.

Qeyd edək ki, bu siyasi təşkilat qərbyönlü "İrs" Partiyasının bazasında yaradılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/530680.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR