Sabah yanğın baş verərsə, Bakıda bu binalara... - FOTO

Sabah yanğın baş verərsə, Bakıda bu binalara... - FOTO
22:05 30 Mart 2017
90 Ölkə
Ölkə mətbuatı
A- A+

Son günlər parkların, yaşıllıqların qırılaraq, yerində bina tikilməsi ilə bağlı xəbərlərə tez-tez rast gəlirik. Binaların ara məsafəsi qorunmur, hava axını, yanğın xətti nəzərə alınmır. Amma problem yalnız bununla yekunlaşmır. Köhnə binaların qarşısının hasarlanması da adi hala çevrilib. İş o yerə çatıb ki, yanğın və ya digər fövqəladə hal baş verərsə, binaya yaxınlaşmaq az qala mümkün deyil. Təəssüf ki, bu hasarlanmalar elə bina sakinlərinin özləri, xüsusilə də, birinci mərtəbədə yerləşən mənzillərdə yaşayanlar tərəfindən edilir.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bir neçə gündür paytaxtın mərkəzi küçələrində və magistral yola yaxın ərazilərdə hasarların söküntüsünə başlanılıb. Lakin hasarlardan təmizləmə əməliyyatı gözdən bir qədər kənarlara, məsələn, mikrorayonlara, Yasamal, Həzi Aslanov, Yeni Günəşli, Zığ və ya Bakıxanov qəsəbəsinə qədər uzanmayıb. Metronun "Qara Qarayev" stansiyasından "Həzi Aslanov" stansiyasınadək və ya Binəqədi rayonu, Cəfər Xəndan küçəsindəki binalar yalnız hasara alınmayıb, həm də onlara bitişik qarajlar, evlər tikilib.

Zığ qəsəbəsində beşmərtəbəli binaların həyətində uşaqların oynaması üçün bircə metr yer saxlanılmayıb. Əvvəlcə sakinlər tərəfindən zəbt edilən bu ərazi sonradan ev dəllallarına satılıb. İndi təkcə bina sakinlərinin deyil, həm də bu evlərdə yaşayanların həyatı təhlükədədir. Yanğın baş verəcəyi halda, binalara yaxınlaşmaq qeyri-mümkündür.

Paytaxtın kənar məhəllələrində binaların qarşısındakı bağlar baxımsız olduğundan, ilk baxışdan cəngəllikləri xatırladır. Təəssüf ki, rayon icra hakimiyyətləri buna göz yumur və hətta bəzi hallarda qanunsuz tikintinin aparılmasına şərait yaradırlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/530682.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR