Çeçenistanda döyüşlər: ölənlər var

Çeçenistanda döyüşlər: ölənlər var
22:05 30 Mart 2017
127 Dünya
Ölkə mətbuatı
A- A+

Çeçenistanda xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat nəticəsində iki silahlı şəxs məhv edilib.

Bu barədə martın 30-da "İnterfax" nəşrinə Şimali Qafqaz Federal Dairəsinin hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, yaraqlılar Urus-Martanovsk dağlarında meşəlik ərazidə aşkarlanıblar. Güc strukturlarının təslim olmaq çağırışlarına yaraqlılar atəş ilə cavab veriblər və atışma nəticəsində öldürülüblər.

Silahlıların şəxsiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.

Xüsusi əməliyyat iştirakçılarından heç kim xəsarət almayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/530681.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR