"Kubokun qalibi olmaq istəyirlər" - Qurban Qurbanov

"Kubokun qalibi olmaq istəyirlər" -   Qurban Qurbanov
22:07 30 Mart 2017
80 İdman
Ölkə mətbuatı
A- A+

“Maraqlı oyun alındı. Bu stadionda çox yaxşı atmosfer olur”. Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində “Neftçi”nin qonağı olan Ağdam klubu meydandan qələbə ilə ayrılıb.

 

Matçdan sonra keçirilən mətbuat konfransında Qurbanov qalibiyyəti şərh edib: “Neftçi” və “Qarabağ”ın azarkeşləri qarşısında çox xoş idi. Qalib gəldik. Amma “Neftçi” sona kimi mübarizə apardı. Hesabda dəyişiklik etməyə çalışdı. Bizim üçün çox təhlükəli rəqibdi. Çempionatda onlarla oyun bizə ağır olmuşdu. Bu gün qeydə alınan hesab hələ heç nə demək deyil. Cavab matçına da yaxşı hazırlaşmalıyıq. Hər iki komanda baxımlı, mübariz oyun göstərdi”.

 

- Türkiyə mətbuatında Volkan Dəmirəlin adı “Qarabağ”la birgə hallanıb...

- Elə bir şey yoxdu. “Qarabağ” tərəfdən Volkana təklif olmayıb.

 

- Qara Qarayevi sağ cinah müdafiəçisi mövqeyində oynatdınız. Bununla bağlı nə deyə bilərsiz?

- Qara təcrübəli oyunçudu. Müdafiəçi çatışmazlığımız var idi. O, əvvəl müdafiəçi kimi çıxış edib. “Qarabağ”a gələndən sonra mövqeyini dəyişdik. Çempionatdan əvvəl hazırlıq müddətində Qaranı bir neçə mövqedə sınamışdıq.

 

- “Neftçi”nin sona qədər mübarizə apardığını dediniz. Bəs “Qarabağ”la bacarmamasının səbəbi nə idi? Komandalar arasında səviyyə fərqi bu qədər çoxdu?

- “Neftçi”nin futbolçuları oyunun sonlarında 3 təhlükəli zərbə vurdular. Ola bilər ki, bu epizodlarda bəxtləri gətirmədi. Bizə sona kimi problem yaşatdılar. Məğlub olmağı sevmirlər. Ayrı-ayrılıqda “Neftçi”nin heç bir futbolçusu bu görüşdə məğlub olmadı, ruhdan düşmədilər. Bizimlə oyuna həddindən artıq yaxşı köklənmişdilər. Kubokun qalibi olmaq istəyirlər. Cavab matçında da işimiz asan olmayacaq. (Apasport.az)


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotkubokun-qalibi-olmaq-istyirlrquot-t57231.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR