“Neftçi”ni sevməyənlər çoxdu" - Elxan Abdullayev

“Neftçi”ni sevməyənlər çoxdu" -   Elxan Abdullayev
22:17 30 Mart 2017
92 İdman
Ölkə mətbuatı
A- A+

“Bu gün “Neftçi” üçün önəmli gün idi. Veteran futbolçularımız komandaya dəstək oldu. Təəssüf ki, onları sevindirə bilmədik”. Bu sözləri “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev deyib.

 

Ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ”ı qəbul edən “ağ-qaralar” meydandan məğlubiyyətlə ayrılıblar.

 

Matçdan sonra keçirilən mətbuat konfransında Abdullayev bunları deyib: “Neftçi” zəif çıxış etdi. Bunun səbəbləri var. Çalışacağıq ki, cavab matçına daha yaxşı hazırlaşaq və azarkeşlərimizi sevindirək”.

 

- Bu gün qeydə alınan nəticəyə səbəb kimi millinin düşərgəsində olmağınızı göstərmək olarmı?

- Mənim eyni anda millidə və “Neftçi”də işləməyimin heç bir problemi yoxdu. Dediyim kimi, məğlubiyyətə səbəblər var. Səbəblər hazırlıqda deyil, başqadı. Millinin Qətərlə oyunundan sonra “Neftçi” “Qəbələ” və “İnter”ə qalib gəlib. Yəni yığma amilini səbəb kimi göstərmək düzgün deyil. Cavid İmamverdiyevi axırıncı dəfə 1 ay qabaq meydanda görmüşdük. Georgi Navalovski 80 dəqiqə Gürcüstan yığmasının heyətində oynayıb. Onu bu gün məcburiyyətdən meydana buraxmışdım. Pavel Dreksanı zədəli ola-ola oynatdım. Həkimlər deyir ki, o, 3 həftə sonra oynamalı idi. Bəlkə cavab matçında nəsə edə bilərik.

 

- Hazırkı “Neftçi”ni sizin komandanız adlandırmaq olar. Amma yenə “Neftçi” aciz görünür...

- Mən başqa cür görürəm. Düzdü, “Qarabağ”da bu gün yerli oyunçular çox idi. Amma onlar milli üzvləri idi. “Neftçi”ni sevməyənlər çoxdu. Komandaya ürək-dirək vermək lazımdı, “baltalamaq” yox. Mən qoymaram ki, “Neftçi”ni sevməyənlər sevinsin.

 

- Oyun baxımından “Neftçi” bu gün yaxşı təsir bağışladı?

- Yox. Amma kim deyə bilər ki, biz “Qarabağ”ı yüz faiz keçə bilmərik. Hələ şansımız qalır. Zədəli futbolçularımız çoxdu. Bu səbəbdən komanda tam gücü ilə oynaya bilmir.

 

- Rəhman Hacıyevin ehtiyatda qalmağının səbəbi nə idi?

- Nəyə görə Rəhman əsas heyətdə oynamalıdı? Bu gün meydana sonradan daxil oldu və yaxşı təsir bağışladı. Oyunu xoşuma gəldi.

 

- Qış fasiləsindən əvvəl komanda daha çox ölkə kubokuna ümidli idi. Amma indi vəziyyət, demək olar ki, əksinə dəyişib...

- Mən “Şərurspor”la qarşılaşanda deyirdim ki, Allah sənə qurban olum, bu komandanı keçək. Yarımfinala çıxacağımızı heç gözləmirdim. (Apasport.az)


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-neftcini-sevmynlr-coxduquot-t57233.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR