Toyuq alanda və bişirəndə nələrə diqqət etməliyik

Toyuq alanda və bişirəndə nələrə diqqət etməliyik
22:37 30 Mart 2017
198 Ölkə
Ölkə mətbuatı
A- A+

Toyuq və çolpa əti zülal, vitamin-mineral baxımından insan sağlamlığı üçün olduqca yaxşı bir qida mənbəyidir. Ancaq çolpa alanda və bişirəndə nələrə diqqət etməli olduğumuzu heç bilirsiniz?

Milli.Az deyerler.org-a istinadən bildirir ki, zülal anbarı sayılan toyuq əti xüsusilə uşaqların inkişaf dövründə və analığa namizədlərin qidalanmasında mühüm yer tutur.
 
Koronar ürək xəstəlikləri riskini əhəmiyyətli dərəcədə azaldır. Tərkibindəki vitaminlər hər yaş qrupu üçün orqanizmin inkişafına və immun sisteminin qorunmasına dəstək verir.
 
Liflərinin qısa olmasına görə, asan həzm edilə bilən və həzmi asan olan bir qida kimi, toyuq əti isti və soyuq yeyilməsi və praktik cəhətdən də tez-tez üstünlük verilən qidalar arasında yer alır.
 
Toyuq və çolpa ətinin bişirilməsi və alınmasında mühüm məqamlar:
 
Alarkən və bişirmədən əvvəl
1. Çolpanı alarkən məhsulun markalı və qablaşdırmalı olmasına diqqət edilməlidir.
 
2. Məhsulun son istehlak tarixi mütləq öyrənilməlidir.
 
3. Məhsulun dondurulması qaydalarının pozulmadığı və saxlama şəraitinin uyğun olub olmadığına diqqət edilməlidir. Yəni, çolpanın soyuqda qorunmadığı/soyuq olmadığı hiss edilərsə, alınmamalıdır. Bunun üçün soyuducularda temperatur göstəricilərinə nəzarət etmək olar.
 
4. Çolpanın təzəliyini və soyuqluğunu qorunması üçün məhsulun alış-veriş vaxtı ən axıra saxlanılması məqsədə uyğundur. Beləliklə, alış-veriş müddəti ərzində səbətdə gözləyən toyuq əti soyuqluğunu itirməz.
 
5. Alış-verişdən sonra, evə gəldikdə toyuq ətini otaq temperaturunda saxlamadan soyuducuda yerləşdirmək lazımdır.
 
6. Alınan toyuq dondurulmuşdursa və dərhal bişirilməyəcəksə, qablaşdırması ilə birlikdə soyuducuda (-18°c) 6 ay müddətinə saxlanıla bilər.
 
7. Çolpanın buzu əgər soyuducuda əriyəcəksə, təxminən 1 gün əvvəl soyuducunun dondurucu hissəsindən çıxarılıb sərinləşdirici hissəsinə qoyulmalıdır. Sürətli əridilməsi üçün mikrodalğalı sobadan da istifadə oluna bilər.
 
8. Alınmış məhsul soyuducuda (0-4°C) son istifadə tarixinə qədər saxlanıla bilər.
 
9. Əridilmiş toyuq yenidən dondurulmamalıdır.
 
10. Toyuğun istehlak olunmayacaq hissəsi donu açılmadan yenidən soyuducuya qoyulmalıdır.
 
11. Çiy çolpa bişirilməyə hazırlaşanda və sonra əllər, mətbəx alətləri, kəsmə taxtası, bıçaqlar sabunlu suyla yaxşıca yuyulmalıdır.
 
Qaynama
Dondurulmuş çolpa uyğun şəraitdə buzu açıldıqdan sonra, qaynatmaq yaxşı bir üsuldur və yeməyinizin daha ləzzətli olmasını təmin edir.
 
Çolpa ətinin tam bişmiş olması vacibdir. Tövsiyə olunan müddətə əməl etmək və suyu qatılaşana qədər qaynatmaq tövsiyə olunur.
 
Əmin olmaq üçün bir tikə toyuq ətini boşqaba alıb kəsərək, bişib bişmədiyini öyrənə bilərsiniz.
Bir çolpanın kifayət qədər bişmiş olduğunu başa düşmək üçün ən dəqiq yol, bir ərzaq termometri istifadə etməkdir. Termometr çolpanın əti qalın və geniş hissəsinə daxil edilərək, hərarət ölçülə bilər. Daxili istilik 75-80 ° C olmalıdır.
 
Mətbəx termometri, yoxdursa çolpaya çəngəl batırmaqla bişib bişmədiyini daha aydın görmək olar. Çəngəl batırılanda çıxan su şəffafdırsa, demək çolpa bişmişdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/529831.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR