Namazda “hüzuri-qəlb” (qəlbin iştirakı) halının mənası nədir?

Namazda “hüzuri-qəlb” (qəlbin iştirakı) halının mənası nədir?
22:47 30 Mart 2017
112 Ölkə
Ölkə mətbuatı
A- A+

Namazın ədəblərindən biri də bütün diqqəti namaza yönəltmək və kənar düşüncələrdən uzaq olmaqdır. Buna dini mənbələrdə "hüzuri-qəlb", yəni qəlbin namazda hazır olması, qəlbin namazda iştirak etməsi deyirlər. İmam Əli ibn Əbutalib (ə) bu barədə buyurmuşdur: "Sizlərdən heç kim yorğun və yuxulu halda namaz qılmasın, özü barədə düşünməsin, çünki o, izzət və cəlal sahibi olan Rəbbinin hüzurundadır. Bəndənin namazından yalnız qəlbi ilə (hüzuri-qəlb ilə) qıldığı hissə qəbula yetər" (Biharül-ənvar, 84-cü cild, səh. 239).

Milli.Az islam.az-a istinadən bildirir ki, İmam Cəfər Sadiq (ə) hüzuri-qəlbə nail olmağın yolu barədə buyurmuşdur ki, insan namaza başlayanda dünyanı və içindəkiləri unutmalı, onu Allahdan ayırıb özünə bağlayan hər şeydən qəlbini təmizləməlidir, özünü qiyamət günndə Allahın hüzurunda durmuş kimi təsəvvür etməlidir.

Hüzuri-qəlbin mənası, ona nail olmağın yolları və buna mane olan amillər barədə əxlaq və irfan kitablarında ətraflı məlumatlar verilmişdir. Bu mövzuda mərhum arif Məliki Təbrizinin "Əsrarüs-səlah" ("Namazın sirləri") kitabını oxumağı tövsiyyə edirik.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/529814.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR