Trampdan TƏHDİD: “Kreslolarınızı əlinizdən alacağam”

Trampdan TƏHDİD: “Kreslolarınızı əlinizdən alacağam”
22:48 30 Mart 2017
120 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp Konqresdə yeni səhiyyə islahatını dəstəkləməyən mühafizəkar respublikaçıları sərt tənqid edib.

Publika.az xəbər verir ki, dövlət başçısı bu barədə yazını öz mikrobloqunda yerləşdirib.

Trampı qəzəbləndirən isə “Freedom Caucus” kimi məşhur olan qrup üzvlərinin davranışı olub. Prezident hədələyib ki, əgər mühafizəkar respublikaçılar onun təkərlərinin altına çubuq qoymağa son qoymazlarsa, növbəti parlament seçkilərində onları kreslolarından məhrum edəcək.

“Freedom Caucus” mümkün qədər tez ümumi komandada işləməyə başlamasa, bütün respublikaçıların işinə zərər vuracaq. Bu halda 2018-ci ildə biz dalaşmalı olacağıq”, - Tramp yazıb.

“Freedom Caucus” qrupunun üzvü, Miçiqandan olan Konqres üzvü Castin Emeş Trampın hərəkətlərini beşinci sinif şagirdinin hərəkətləri ilə müqayisə etdi və onu xəbərdarlıq edib ki, qrup güzəştə getmək niyyətində deyil. Konqresmen həmçinin Trampı siyasi rəqibləri qorxutmağa çalışmamağı məsləhət görüb.

Qeyd edək ki, ABŞ-ın Respublikaçılar Partiyasının nümayəndələri martın 24-də “Obamacare” (keçmiş prezidenti Barak Obamanın adı ilə adlanır –red.) adlanan səhiyyə islahatının ləğvi haqqında qanun layihəsini geri çağırıblar. Trampın sözlərinə görə, səslərin çatışmazlığı bunun səbəbi olub.

“Obamacare” (Affordable Care Act) layihəsi Barak Obama dövründə - 2010-cu ildə qəbul edilib. Onun ləğvi Donald Trampın seçkiqabağı vədlərindən biri idi.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/193169.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR