"Əgər ora zərbə endirilərsə, Ermənistan hansı faciələri yaşayacaq?" - polkovnik Şair Ramaldanov

"Əgər ora zərbə endirilərsə, Ermənistan hansı faciələri yaşayacaq?" -  polkovnik Şair Ramaldanov
22:52 30 Mart 2017
130 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycanda mövcud olan ən müasir raket və artilleriya sistemləri nəinki işğal olunmuş Azərbaycan ərazilərində, həmçinin Ermənistanda yerləşən bütün strateji və hərbi obyektləri yerlə yeksan etməyə qadirdir".

Milli.Az oxu.az-a istinadən bildirir ki, bunu hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

"Ter Tadevosyan belə çıxışlar birinci dəfə deyil ki edir. Ermənilər mütəmadi olaraq belə çıxışlar edirlər. Mən belə başa düşdüm ki, onlar bir hərbçi kimi S.Sarkisyanın sözlərini dəstəkləməklə əsaslandırmağa çalışırlar. Ancaq bu fikirlərin hamısının əsasında yenə də bizə hədə-qorxu gəlmək istəyi dayanır".

Polkovnikin sözlərinə görə, bu günlər Qarabağ klanı aktivləşib, səbəb isə seçkiqabağı kampaniyada Ermənistanda iqtidarda olan partiyanın fəaliyyətini dəstəkləməkdir.

"O ki, qaldı Ter Tadevosyanın özünün dediklərinə. Mən birinci nəyə diqqət yetirmək istəyirəm. Onun açıqlamaları tamamən yalanlar, iftiralar üzərində qurulub. O deyir ki, aprel hadisələri zamanı Azərbaycan hücum əməliyyatı keçirib. Əslində isə Azərbaycan əks-həmlə əməliyyatı keçirərək düşmən təxribatının qarşısını alıb. Ermənilər martın sonlarında və aprel ayının əvvələrində müəyyən bir şəkildə aktiv hərəkətə keçdilər.

Azərbaycan Silahlı Qüvvələri aprel döyüşlərində düşmənin qarşısı aldı və əks zərbə əməliyyatı keçirərək bir sıra məntəqələri, xüsusilə də bəzi yüksəklikləri azad etdi və həmin ərazilərə yaxın olan yaşayış məntəqələrimizin təhlükəsizliyini təmin etdi. Bu, Azərbaycan Ordusu tərəfindən mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün keçirilən əməliyyatdır. Hücum əməliyyatı deyil. Çünki hücum əməliyyatı keçirən tərəf müəyyən hazırlıqlar görür. İndi mənim o "generala" taktikadan dərs verəmək fikrim yoxdur, nə də onu öyrətmək istəmirəm ki, hücum əməliyyatı keçirəndə hansı tədbirlər görülür".

Ş.Ramaldanov Azərbaycanın 12 məntəqəsinin və yaxud hədəflərin vurulmasına da münasibətini bildirib: "Niyə 12-dir? 14-15, ya da 20 deyil? Bunlar açıqlanmır. Bizim bütün obyektlər Azərbaycan Silahlı Qüvvələri tərəfindən havadan daha da gücləndirilmiş şəkildə müdafiə olunur. Eyni zamanda Hərbi Hava Qüvvələri tərəfindən mühüm obyektlər havadan mühafizə və müdafiə olunur. Bütün ola biləcək təhdidlər nəzərdən keçirilib və lazımi tədbirlər görülüb. Bu da sual altındadır ki, onlar bu obyektlərə nəsə edə biləcəklərmi?

Zabitin sözlərinə görə, Ermənistan ancaq vuraram, dağıdaram, bunu edərəm, onu edərəm deyə boş-boş fərziyələr söyləməklə Ermənistan cəmiyyətinin diqqətini əsas məsələlərdən yayındırmaqla məşğuldur. Azərbaycan isə "Ermənistan cəmiyyəti, əsgər anaları! Əgər siz övladlarınızı itirmək istəmirsinizsə, işğal olunmuş Azərbaycan torpaqlarından çıxsınlar" deməklə yenə də məsələnin sülh yolu ilə, qansız-qadasız həllinə çalışır.

"Biz bir qarış torpağı belə düşmənə güzəştə getməyəcəyik. Əminəm ki, Ermənistan öz işğalçı niy­yə­tin­dən əl çəkmədiyi təqdirdə, aprel döyüşləri kimi, Azərbaycan əsgərinin qələbəsi ilə bitən əks zərbə əməliyyatlarımız hələ şox olacaq. Ərazi bütövlüyümüz təmin olunana qədər. Bu zaman düşmən itkiləri də, gözüyaşlı erməni anaları da saysız-hesabsız olacaq. Yəni belə mənasız hədə-qorxu dolu bəyanatlar erməni xalqının faciəsinə gətirib çıxaracaq".

Bütün bu hədə-qorxu dolu fikirlərin dilə gətirilməsi daha çox Azərbaycanın hərbi qüdrətinin güclənməsi ilə bağlı olduğunu deyən polkovnik, Azərbaycan iqtisadiyyatının inkişafı, daxili sabitlik, Azərbaycan Ordusunda aparılan uğurlu işlər qarşı tərəfi qorxu və vahimə içində saxladığını vurğuladı.

"Mənə elə gəlir ki, ermənilərin bu tip boş hədələri bizim gücümüzə, qüdrətimizə və gələcəkdə torpaqlarımızı azad etməkdə israrlı olmağımızla da bağlıdır. Onlar yaxşı bilirlər ki, Azərbaycan Ordusu düşmən təxribatlarına lazımi səviyyədə cavab verməyə hər an qadirdir.

Bir də ki, "İskəndər" raketləri ilə bizim 12 məntəqəyə və bir çox hədəflərə zərbələr endirəcəkləri barədə cəfəng fikirlər səsləndirən Ermənistan rejimi də yaxşı anlayır ki Azərbaycanda mövcud olan ən müasir raket və artilleriya sis­tem­ləri nəinki işğal olunmuş Azərbaycan ərazilərində, həmçinin Ermənis­tan­da yerləşən bütün strateji və hərbi obyektləri yerlə yeksan etməyə qadirdir. Təkcə "Metsamor" Atom Elektrik Stansiyasını hədəfə çevirmək kifayət edir. Bu baş verərsə, Ermənistan ərazilərində bir neçə əsr yaşayış belə olmayacaq. Əgər ora zərbə endirilərsə, Ermənistan nə günə qalacaq, hansı faciələri yaşayacaq?

Bizə hədə-qorxu gəlməmişdən, "İskəndər" - "İskəndər" deyərək çığır-bağır salmamışdan qabaq bunu düşünsələr daha məqsədəuyğun olardı".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/530689.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR