Qəhvə qadınlarda depressiya riskini azaldır

Qəhvə qadınlarda depressiya riskini azaldır
22:57 30 Mart 2017
119 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ-dakı Harvard Universitetinin alimləri qəhvə içməyin qadınlarda depressiya riskini əhəmiyyətli dərəcədə azaltdığını kəşf ediblər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, adətən oyatma təsiri verən qəhvənin, beyindəki kimyəvi proseslərə təsir etməsi səbəbilə depressiya üzərində də təsirli olduğu məlum olub. ABŞ-dakı 50 min qadının iştirakı ilə aparılan araşdırmada, alimlər qadınların son 10 il ərzində sağlamlıq vəziyyəti haqqında məlumatlarını araşdırıblar.
 
Araşdırmada alimlər çox qəhvə istehlak etməyən 2600 qadının depressiya keçirdiyini müəyyən ediblər. Araşdırma nəticəsində gündə iki və ya üç dəfə qəhvə içilməsinin depressiya riskini 15% azaltdığı müəyyən olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/529833.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR