Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə start verilib.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra klublar kubok matçına çıxıb.
Bu mərhələnin görüşləri paytaxt - əyalət rəqabəti ilə diqqət çəkib. Belə ki, yarımfinalda Bakı klubları bölgə təmsilçiləri ilə münasibətlərini aydınlaşdırıblar. Çempionluq iddiasında olan "Qarabağ"la "Qəbələ" müvafiq olaraq "Neftçi" və "İnter"lə oynayıblar.
Günün ilk matçı "İnter Arena"da baş tutub. Meydan sahibləri "Qəbələ" ilə qarşılaşıb. Cari mövsümdə rəqibini məğlub edə bilməyən Zaur Svanadzenin yetirmələri bu dəfə də qələbəyə həsrət qalıblar. Qonaqlar 3:1 hesablı qələbə qazanaraq cavab matçı öncəsi çox önəmli üstünlük əldə ediblər.
Günə Azərbaycan derbisi ilə yekun vurulub. Söhbət bütün çempionatlarda yüksək liqanın iştirakçısı olan iki komanda - "Neftçi" və "Qarabağ"ın duelindən gedir. Oyundan əvvəl 80 illik yubiley tədbirlərini davam etdirən "ağ-qaralar" matçı bayram əhvalında başa vura bilməyiblər.
"Qarabağ" rəqibini 2 qolla "təbrik edib".
Azərbaycan kuboku
Yarımfinal, ilk oyunlar
30 mart
"Neftçi" - "Qarabağ" - 0:2
Qollar: Muarem, 14, Dino Ndlovu, 29
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Murad Məmmədov
8-ci km qəsəbə stadionu
"Neftçi": 33. Boban Baykoviç, 6. Pavel Dreksa, 9. Uqo Barqas, 10. Cavid İmamverdiyev (k), 11. İqnasio Herrera Fernandes, 19. Fəhmin Muradbəyli, 23. Tərzin Cahangirov, 25. Kiril Petrov, 27. Məqsəd İsayev, 29. Georgi Navalovski, 95. Elvin Bədəlov
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 3. Jayro Rodriges, 8. Zdenek Folprext, 12. Daniel Seqovia, 13. Murad Ağayev, 17. Rəhman Hacıyev, 22. Mahir Şükürov
Baş məşqçi: Elxan Abdullayev
"Qarabağ": 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6. Dino Ndlovu, 8. Markos Madera, 10. Muarem Muarem, 15. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 32. Elvin Yunuszadə, 44. Ağabala Ramazanov, 91. Coşqun Diniyev
Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 11. Mahir Mədətov, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 71. Vüqar Nadirov, 77. Elşən Abdullayev
Baş məşqçi: Qurban Qurbanov
"İnter" - "Qəbələ" - 1:3
Qollar: Adrian Skarlatake, 18 - Daniel Subotiç, 15 (p.), 47, Filip Ozobiç, 88 (p.)
Hakimlər: Elvin Əsgərov, Vaqif Musayev, Mehman Mahmudov, Ömər Paşayev
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim-inspektor: Əli Hüseynov
"İnter Arena"
"İnter": 13. Orxan Sadıqlı, 22. İlkin Qırtımov, 3. Denis Silva, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 19. Mirhüseyn Seyidov, 8. Nizami Hacıyev (k), 88. Məmməd Quliyev, 10. Elnur Abdullayev, 4. Slavik Alxasov, 11. Rauf Əliyev
Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 14. Zurab Xizanişvili, 65. Cabir Əmirli, 20. Aqşin Quluzadə, 6. Samir Zərgərov, 7. Mirsahib Abbasov, 99. Ricat Qarayev
Baş məşqçi: Zaur Svanadze
"Qəbələ": 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 6. Rəşad Sadiqov (k), 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 19. Filip Ozobiç, 27. Teo Uiks, 31. Daniel Subotiç, 34. Ürfan Abbasov, 44. Rafael Santos, 88. Tellur Mütəllimov
Ehtiyat oyunçular: 33. David Petrzkeviç, 5. Rasim Ramaldanov, 7. Nika Kvekveskiri, 9. Sergey Zenyov, 14. Cavid Hüseynov, 17. Məhəmməd Mirzəbəyov, 21. Roman Hüseynov
Baş məşqçi: Roman Qriqorçuk
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində